14-11-2013 [15:47]
"Xəbərlə”yə daxil olan məlumata görə, Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru Mehman Şükürovdan şikayət olunub.
Belə ki, həmin teatrda səs rejissoru kimi çalışan Anar Süleymanov teatrın direktorundan Sumqayıt şəhər Prokurorluğuna şikayət edib. A.Süleymanovun iddiasına görə teatrın rəhbəri Mehman Şükürov tamaşaların hazırlanması üçün ayrılan vəsaitlərdən mənimsəmə hallarına yol verib. Bununla yanaşı, teatr rəhbəri adı olub, özü olmayan şəxslərə əməkhaqqı yazmaqda günahlandırılır.
Qeyd edək ki, Anar Süleymanov Azərbaycan Respublikasının xalq artisti Məzahir Süleymanovun oğludur.
Məsələ ilə bağlı Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru Mehman Şükürovla əlaqə saxladıq. Teatrın direktoru ondan Sumqayıt şəhər Prokurorluğuna şikayət edilməsi faktını təsdiqlədi və bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılır: "Əvvəlcə Mədəniyyət və Turizm Nazirliyi müvafiq araşdırmalar apardı. Hazırda mənim haqqımda olan şikayətlə bağlı Sumqayıt şəhər Prokurorluğu araşdırma aparır.”, - deyən M.Şükürov məsələ ilə bağlı əlavə şərh vermək istəmədi.
Şikayətçi tərəf olan teatrın səs rejissoru Anar Süleymanov isə deyir ki, noyabrın 5-də Sumqayıt şəhər prokuroru Dağlar Zeynalova teatrın direktorunun qanunsuz əməlləri ilə bağlı şikayət ərizəsi ilə müraciət edib. Səs rejissoru ərizəsinə jurnallardan çəkilmiş fotolar da əlavə etdiyini qeyd etdi. Onun sözlərinə görə, teatrda "ölü canlar” da var: "Bu o deməkdir ki, adları ştat cədvəlində olan şəxslər var ki, onları heç kim tanımır və dövlətdən əmək haqqı alırlar.”
A.Süleymanov əlavə etdi ki ki, teatrın rəhbəri fəaliyyətində çoxsaylı qanun pozuntusuna yol verib: "Dövlət sifarişi əsasında hazırlanan tamaşalarda daha çox bu kimi neqativ hallara yol verilir. Əgər hansısa bir materialın qiyməti 10 manatdırsa, o 50 manat dəyərində göstərilir”.
Məsələylə əlaqədar Sumqayıt şəhər Prokurorluğu ilə də əlaqə saxladıq. Qurumdan "Xəbərlə” yə Sumqayıt teatrının rəhbəri ilə bağlı şikayətin daxil olduğunu təsdiqlədilər. Bildirildi ki, iş müstəntiq Vüqar Əhmədli tərəfindən icraata götürülüb və hələlik təhqiqat aparıldığından əlavə məlumat verə bilmərik.
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ