05-11-2013 [11:50]
Əməkdar artist Tünzalə Ağayeva ilə bu dəfə adət olunduğu kimi sənətindən deyil, ailəsindən danışdıq. Mia.az müğənninin Ailem.az-a verdiyi müsahibəsini təqdim edir:
- Tünzalə Ağayeva əslində necə bir anadır?
- Əslində Tünzalə Ağayeva da hər bir ana kimi övladını sevir, onun üçün narahat olur. Amma məşhur olmağın bəzi xoşagəlməz tərəfləri də var. Məsələn, elə olur ki, mən günlərlə övladımın üzünü görmürəm. Təbii ki, bu da qastrol səfərləri ilə bağlıdır. Ona görə də qızımla çox zaman keçirə bilmirəm. Hər anında onun yanında ola bilmirəm. Amma qızım da bilir ki, bütün bunlar onun gələcəyi üçündür. İşləməliyəm ki, övladımın istəklərini qarşılaya bilim.
- Qızınızın hər istədiyini edirsiniz?
- Əlimdən gələni etməyə çalışıram. Amma qızımdı deyə demirəm, çox ağıllı uşaqdı. Hər şeyin yerini bilir. Mən qızıma da deyirəm ki, sənin bu gün üçün etməli olduğun ən vacib şey təhsil almaqdı. Bunun üçün də əlimdən gələn hər bir şəraiti yaradıram, normal şəkildə təhsil almasını təmin etməyə çalışıram. Hər zaman onunla söhbətlərimdə xüsusi ilə vurğuladığım bir məqam var. Deyirəm ki, şəhərdən çox uzaq yerlərdə, ucqar kəndlərdə təhsil alan uşaqlar necə yüksək nəticələr əldə edir. Amma sən bu gün şəhərdə, yaxşı bir şəraitdə təhsil alırsan. Və ona görə də uğurlu nəticələr əldə etmək, daha savadlı olmaq üçün ikiqat artıq çalışmalısan.
- Maraqlıdır, qızınızın bugünkü biliyi sizi qane edirmi?
- Çox şükürlər olsun ki, özünü doğruldur. Dərslərində fəaldı. Bu da məni çox sevindirir.
- Nəzərə alsaq ki, evdə çox olmursunuz, bəs onda övladınızla kim məşğul olur?
- Mən valideynlərimlə birlikdə qalıram. Çox sağ olsun anam Zemfira xanım. Onun əziyyəti danılmazdı. Qızımla uzun illərdir ki, o, məşğul olur. Bir sözlə, Fidan məndən çox nənəsini görür.
- Adətən deyirlər ki, nənə yanında böyüyən uşaqlar ərköyün olur. Bunu Fidana da aid etmək olar?
- Əlbəttə ki, yox. Deməzdim qızım ərköyündür.
- Sözsüz ki, az da olsa asudə vaxtınız olur. Bu zaman qızınızla birlikdə nə edirsiniz?
- Adətən çalışırıq ki, o vaxtı evdə keçirək. Amma təbii ki, hərdən müəyyən əyləncə məkanlarına da gedirik. Evdə olanda isə rəqs edir, mahnı oxuyuruq. O formada bizi özümüzdən başqa heç kim görməyib. Çünki mən övladımla birlikdə olanda sizin öyrəşdiyiniz Tünzalə kimi olmuram. Hər şey tam fərqli olur. Özümü sözün əsl mənasında uşaq kimi hiss edirəm.
- Tünzalə xanım, demək olar ki, heç vaxt sizi qızınızla bərabər kamera qarşısında görməmişik. Olmaya bu da övladınız üçün qoyduğunuz qadağalardan biridir?!
- Nə mən, nə də qızım efirdə görünməsinin tərəfdarı deyilik. Fidan çəkilişi sevmir. Bu günədək müxtəlif məkanlarda qızımla birlikdə görüntülənmişik. Bir də baxmışam ki, səhəri gün bütün saytlarda bizim şəkillərimiz yayılıb. Amma özümün razılığımla cəmi bir dəfə olub. Onda da beynəlxalq jurnallardan biri qızımla keçirdiyim bir gün haqqında fotoreportaj etmişdi. Yəni, demək istədiyim odur ki, bu, nadir hallarda baş verir. Bundan sonra da bilmirəm nə vaxtsa belə bir şey olacaq, ya yox. Amma çox güman ki, olmayacaq. Çünki istəmirəm qızımın azadlığını əlindən alım. O, hazırda keçid dövrünü yaşayır. Bütün bunlar onun psixologiyasına təsir edə bilər. Əgər insanlar onu Tünzalə Ağayevanın qızı kimi tanısa, o, artıq istədiyi qədər azad ola bilməyəcək. Həm də mənim üçün ən böyük fəxr onun qızım kimi yox, Fidan olaraq tanınmasıdır. İstərdim ki, insanlar desin ki, Fidanın anası Tünzalə. Bir ana üçün bundan böyük xoşbəxtlik ola bilməz.
- Uzun illərdir ki, övladınızı tək böyüdürsünüz...
- Düzdü, adət etdiyimiz kimi klassik ailəm yoxdu. Yəni, tam deyil. Amma əsas odur ki, qızım var. Qadın bu gün kimisə sevə bilər, ailə qura bilər, hətta boşana da bilər. Zamanla bunlara öyrəşirsən. Amma əsas övladdı. Düşünürəm ki, hər bir qadın övlad dünyaya gətirməlidi. Çünki illər keçdikdən sonra onun yanında qalan, ona lazım olan yalnız övladı olur.
- Bəs ürəyinizdəki o boşluq? Axı ikinci baharını yaşamaq hər bir insanın haqqıdır.
- İkinci dəfə ailə qurmağa pis baxmıram. Amma bu, mənim həyatımda baş verməyəcək. Çünki mən özümü tək hiss etmirəm. Qızım mənim ən böyük sevgimdir. O, ürəyimdəki boşluğu doldurur.
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi