27 ilin Baş Qərargah rəisi, generalı Nəcməddin Sadıkov kimdir? - "Kəlbəcər rayonu işğal olunduqdan sonra..."
30-06-2020 [10:36]
Deputat Vahid Əhmədovun müdafiə naziri Zakir Həsənovu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovu Azərbaycan dilində normal danışa bilməməkdə tənqid etməsi hər iki general-polkovniklə bağlı müzakirələrə yol açdı.
Deputatın tənqidindən bir qədər sonra onun xüsusilə Nəcməddin Sadıkovla bağlı dediklərinin heç də əsassız olmadığı elə Baş Qərargah rəisinin Gəncədə verdiyi bir neçə cümləlik raport zamanı ortaya çıxdı. Hörmətli general-polkovnik raportu ana dilimizdə səlis verə bilməkdə çətinlik çəkdi. Bu isə Nəcməddin Sadıkov personasını növbəti dəfə ictimai müzakirəyə çıxarmış oldu.
Sosial şəbəkələrdə belə iddialar da irəli sürüldü ki, Nəcməddin Sadıkov əslində Əbülfəz Elçibəy iqtidarının kadrı olub, onun karyerasında yüksəliş məhz həmin hakimiyyətin dövründən start götürüb. Bu iddianın nə dərəcədə düzgün olduğu barədə Elçibəy hakimiyyətinin yüksək vəzifədə olmuş təmsilçisinin fikirlərini təqdim etməzdən öncə Nəcməddin Sadıkov barədə Vikipediya məlumatlarını təqdim edirik:
Nəcməddin Hüseyn oğlu Sadıkov 1956-cı il mayın 24-də Dərbənd şəhərində anadan olub.
Ailəsi bura Dərbənd rayonu Bilici qəsəbəsindən köç edib. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbini bitirib. 1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində tağım, bölük, tabor komandiri və alay komandirinin müavini vəzifələrində xidmət edib. 1985-1988-ci illərdə Moskva şəhərindəki Frunze adına Hərbi Akademiyada təhsilini davam etdirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini-Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin olunub. Nəcməddin Sadıkov xidməti dövründə çoxsaylı təltiflər alıb. 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni, 2018-ci ildə “Rəşadət” ordeni alıb. 2011-ci ildə isə ona Dağıstanın Milli Qəhrəmanı fəxri adı verilib.
Elçibəy hakimiyyətinin dövlət katibi və baş naziri olmuş Pənah Hüseyn “Yeni Müsavat”a bildirib ki, ordu və ordu rəhbərliyi ilə bağlı məsələlərdə prinsip hərbi peşəkarlıq olmalıdır. Əlbəttə ki, silahlı qüvvələrə peşəkar milli kadrların, zabitlərin rəhbərlik etməsi də olduqca mühüm məsələlərdən biridir. Amma bütövlükdə cəmiyyətə aid edilən bir sıra kriteriyaların da avtomatik olaraq hərbi sahəyə, silahlı qüvvələrə aid edilməsinə də ehtiyatla yanaşmaq lazımdır:
“Mən həmişə, ümumiyyətlə, Silahlı Qüvvələrə rəhbərlik edən şəxslər barədə ictimai rəydə müzakirələr aparılmasına da həssas yanaşılmasının tərəfdarı olmuşam. Çünki ölkənin təhlükəsizliyi və ordunun döyüş qabiliyyəti həmin şəxslərin əlindədir. Onların həmin vəzifəyə təyin olunması və azad edilməsi də Ali Baş Komandandan asılı olan məsələdir. Odur ki, bu məsələlərə ölkənin təhlükəsizlik maraqları nəzərə alınmaqla qiymət verilməlidir. Bu və ya digər hərbi vəzifəli şəxsi bu və ya digər siyasi qüvvənin kadrı olmaqda ittiham eləmək və bunu önə çəkməyi zərərli hesab edirəm.
Konkret olaraq da Nəcməddin Sadıkov Xalq Cəbhəsi hakimiyyətə gəlməmişdən öncə Azərbaycan ordusunun sıralarına daxil olub. 1992-1993-cü illərdə bir sıra uğurlu döyüş əməliyyatlarında iştirak edib, eyni zamanda bizim üçün uğursuz, məğlubiyyətlə bitən bir sıra hərbi əməliyyatlarda da onun bir komandir kimi rolu məsələsi məlumdur. Nəcməddin Sadıkov artıq 27 ilə yaxındır Silahlı Qüvvələrin Baş Qərargah rəisidir. Bu müddət tam olaraq indiki hakimiyyətin dövrünə aiddir”.
P.Hüseyn xatırladıb ki, Nəcməddin Sadıkov Rəhim Qazıyevin müdafiə naziri olduğu dövrdə briqada komandiri təyin olunub və Dranbon əməliyyatındakı uğurlu komandirliyinə görə ona Ali Baş Komandan, prezident Əbülfəz Elçibəy tərəfindən vaxtından əvvəl general-mayor rütbəsi verilib: “Amma Kəlbəcər rayonu işğal olunduqdan sonra Nəcməddin Sadıkov sərəncama götürülmüşdü. Hərbi təhqiqat həm də onun barəsində aparılırdı. 4 iyun hadisələri dövründə Nurəddin Sadıkov Baş Qərargah rəisi vəzifəsindən getdikdən sonra generalların içərisində bu vəzifəyə təyin olunması üçün adıçəkilən şəxslərdən biri də Nəcməddin Sadıkov idi. Lakin Elçibəy hakimiyyəti dövründə bu məsələ reallaşmadı. Onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə 1993-cü ilin 2 noyabrında Heydər Əliyev təyin etdi”.
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"