4 GÜNLÜK SAVAŞ və ya ZAKİR HƏSƏNOVUN 4 İL ƏVVƏLKİ FAKTLARIN İNDİ AÇMASININ SİRRİ... - Politoloqdan şərh
24-06-2020 [14:13]
Müdafiə naziri Zakir Həsənov 4 il sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə aprel döyüşləri vaxtı telefon danışıqlarının detallarını açıqladı. Nazirin sözlərinə görə, aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi.
Sitat: “Sergey Şoyqu Azərbaycana çox yaxşı münasibət bəsləyir, bizim çox yaxşı və etibarlı əlaqələrimiz var. Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının heç bir sənədində təşkilat qarşısında duran vəzifələrdən biri kimi Dağlıq Qarabağın müdafiəsi məsələsi yoxdur. Çünki ora Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 2016-cı ildəki döyüş əməliyyatları zamanı Ermənistan ordusunun bir hissəsi darmadağın edildikdən sonra biz Lələtəpəni aldıq, Talış istiqamətində irəliləməyə başladıq. Həmin vaxt onlar Rusiyaya, Sergey Şoyquya zəng edərək yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın. Bizim telefon danışığımız olub. Rusiyanın müdafiə nazirinə izah etdim ki, bu, əks-hücumdur, onların təxribatına cavabdır və məqsədimiz məhz həmin azsaylı şəxsi heyətlə, həmin önxəttdəki hissələrlə onları yaşayış məntəqələrindən geri atmaqdır”.
Z.Həsənov bildirib ki, Azərbaycan Ordusunun cavab zərbəsi Ermənistanda təşvişə səbəb olub: “Onlarda artıq səfərbərlik başlamışdı. Səfərbərlik nə vaxt başlayır? O vaxt ki, ordunun şəxsi heyətə ehtiyacı olur və s. Onların qocaları musiqi ilə İrəvanda avtobuslara doluşurdular, ermənicə təhdid edirdilər ki, bəs indi gələcəyik Azərbaycana. Bütün bunlar necə bitdi? Bu insanlar haradadır? Yəni bu, döyüş əməliyyatlarının nəticəsidir”.
Maraqlı nüans ondan ibarətdir ki, müdafiə naziri Şoyqu ilə aprel döyüşləri günlərində telefonla danışıqlarının incəliklərini indiyədək açıqlamamışdı.
İctimaiyyət bilmirdi ki, həmin ərəfədə Azərbaycanla Rusiya arasında hansı söhbət aparılıb. İndisə nazir rus həmkarı ilə danışdığını, ermənilərin Şoyquya yalvardığını söyləyir. Görəsən, cənab nazir məhz indi bu gizlinləri üzə çıxarmağı zəruri bildi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirib ki, Z.Həsənovun son günlərdə verdiyi geniş müsahibələr çox vacib idi: “Çünki cəmiyyətdə xeyli suallar yığılmışdı. Zakir Həsənovun eyni gündə iki televiziya kanalına Azərbaycan və rus dillərində müsahibə verməsinin də xüsusi əhəmiyyəti var. Görünür, müdafiə naziri onun mesajlarının Azərbaycan cəmiyyəti ilə yanaşı Rusiya və Ermənistanda da eşidilməsini istəyib. Beləliklə, müdafiə naziri 3 cəmiyyətə mesajlar vermiş oldu”.
Politoloqun fikrincə, Azərbaycan cəmiyyətini narahat edən əsas sual bu idi: “Ermənistanın baş naziri Nikol Paşinyan işğal altındakı Şuşada qondarma andiçmə mərasimi təşkil etdikdə Azərbaycan Ordusu nədən bu təxribata cavab vermədi? Zakir Həsənovun bu suala cavabı belə oldu ki, Şuşada ”andiçmə" mərasimi keçirilərkən Azərbaycan Ordusu Prezidentin tapşırığı ilə iri planlı genişmiqyaslı hərbi təlimlərə başladı.
Həmin təlimlərdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank, top cəmləşdi. Zakir Həsənov haqlıdır. Həmin təlimlər Ermənistan hakimiyyətini və Dağlıq Qarabağ separatçılarını ciddi narahat etdi. Erməni saytları müxtəlif yazılar yayınladılar, erməni ekspertlər müharibə riskinin artdığını bildirdilər. Üstəgəl, ermənipərəst konqresmen Frank Pallone Ağ Ev, Dövlət Departamenti və Pentaqona eyni məzmunlu 3 məktub göndərdi.
O, həmin məktublarda Azərbaycanın başladığı hərbi təlimlərin bölgədə gərgin vəziyyət yaratdığını iddia etdi. Aydındır ki, erməni lobbisi də qorxu içində olub ki, Pallonedən belə bir məktub yazmağı xahiş edib".
Siyasi analitikin fikrincə, nazirin cavabından o da aydın oldu ki, Azərbaycan ordusu bəzilərinin istədiyi kimi, Paşinyan Şuşada olarkən, müharibəyə başlaya bilməzdi: “Buna baxmayaraq, Zakir Həsənovun sözlərindən bəlli oldu ki, Azərbaycan Ordusu müharibəyə hazırdır, sadəcə, əmr gözləyir. Müdafiə nazirinin sözlərinə görə, budəfəki müharibə 4 günlük aprel savaşına bənzəməyəcək, Ermənistan növbəti müharibədə minlərlə itki verəcək.
Bu mesaj birbaşa ermənilərə ünvanlanmışdı ki, danışıqlar əsasında Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılaşmasalar, onları müharibə və böyük itkilər gözləyir. Zakir Həsənov ilk dəfə aprel savaşı zamanı Ermənistanın itkilərini də açıqladı. Əhalisi 3 milyona çatmayan Ermənistan üçün 4 günlük savaşda 560 nəfər itirmək böyük rəqəmdir".
Politoloq qeyd etdi ki, müdafiə naziri ötənilki müsahibəsində aprel savaşı günlərində Şoyqunun ona zəng etdiyini bildirmişdi: “Zakir Həsənov Şoyqunun ondan müharibəni dayandırmasını xahiş etdiyini bildirmişdi. Ermənistanın 2016-cı ilin aprel ayında ağır vəziyyətdə olmasını Zakir Həsənov belə izah edib ki, həmin günlərdə Ermənistanda səfərbərlik elan olunub. Səfərbərlik isə ordunun əlavə heyətə ehtiyac olduğu halda elan edilir. Ermənistanda səfərbərlik zor əsasında həyata keçirildiyi halda, minlərlə Azərbaycan gənci döyüşə atılmaq üçün orduya könüllü yazılmaq istəyirdi.
Bu müharibəyə istək və hazırlıq iki ölkənin cəmiyyətləri arasındakı fərqin bariz nümunəsidir. Zakir Həsənov budəfəki müsahibəsində rusiyalı həmkarıyla söhbətin detallarını daha geniş şəkildə açıqladı.
Bəlli oldu ki, Sergey Şoyqu Zakir Həsənova zəng edəndə Azərbaycan Ordusu Lələtəpə yüksəkliyini ələ keçirib Talış kəndinə doğru irəliləyirdi. Başqa sözlə, Şoyqunun zəngi olmasaydı, Azərbaycan Ordusu daha çox ərazini işğaldan azad edəcəkdi. Ancaq Zakir Həsənovun sözlərinə görə, ermənilər Şoyquya yalvarıblar ki, Azərbaycan Ordusunun hücumunu dayandırmasına nail olsun. Zakir Həsənov Şoyqunun israrlı xahişlərini nəzərə alaraq aprel müharibəsinin dördüncü günü hücum əməliyyatlarını dayandırıb. Halbuki Şoyqunun xahişinə rəğmən, hücum davam etdirilsəydi, Azərbaycan Ordusu irəliləməkdə davam edəcək, separatçıların itkiləri artacaqdı. Bəlkə də bu amil sonrakı mərhələdə Ermənistan hakimiyyətinin danışıqlarda mövqelərini zəiflədəcəkdi.
Əslində, Rusiya rəsmiləri Azərbaycan Ordusunun hücumunu dayandırması əvəzində Ermənistan hakimiyyətini münaqişənin “mərhələli həll” planına razı salacağını vəd etmişdilər. Ancaq Moskva vədini yerinə yetirmədi.
Ona görə də Zakir Həsənovun müsahibəsindən onu anlamaq olar ki, növbəti savaş zamanı heç bir vədə inanmadan güc yoluyla Ermənistan hakimiyyətini “mərhələli həll” planına razı salmaq lazım gələcək".
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"