Keçmiş Baş prokuror: "Kamran Əliyevlə telefonla danışmışam, yaxşı təsir bağışladı mənə" - MÜSAHİBƏ
01-05-2020 [15:04]
Azərbaycan SSR-nın keçmiş Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılov “Yeni Sabah”a müsahibə verib.
Mia.az hmin müsahibəni təqdim edir:
- Siz həm keçmiş SSR-i də, həm də Azərbaycanda hüquq-mühafizə orqanları sistemində yüksək vəzifələr tutmuş şəxs kimi ölkədə məhkəmə-hüquq sistemində gedən islahatları necə dəyərləndirirsiz? Qanunvericilikdə gedən dəyişikliklərdən sonra növbə kadr islahatlarına çatdı?
- Mənim fikrimcə, Azərbaycanda heç bir islahat getmir. İslahat onda onlar ki, məhkəmələr qanuna tabe olsunlar, sifarişləri həyata keçirməsinlər.
- Zakir Qaralovun gedişinə münaisbətiniz?
- Zakir Qaralov çoxdan getməli idi, bircə bunu deyə bilərəm. Mən prokurorluq sistemində işləmişəm deyə bu barədə danışmaq istəmirəm. Təzə namizəd Kamran Əliyevi şəxsən tanımıram, telefonla danışmışam. Yaxşı təsir bağışladı mənə, deyirlər təmiz adamdı.
- Bu dəyişikliklər korrupsioner məmurlara dərs olacaqmı?
- Bununla bağlı mənim dəfələrlə çıxışlarım olub. Biz 5 konsepsiya hazırlamışıq.
1-ci, korrupsiya ilə effektli mübarizə ilk növbədə milli qanunvericilik bazasının yaradılmasından keçir. Çox təəssüf ki, respublikamızda belə zəruri qanunvericilik baza hələ də yaradılmayıb. Korrupsiya ilə uğurlu mübarizə dövlət vəzifə daşıyıcılarının gəlirləri üzərində ciddi nəzarətin olmasını, onların gəlirləri, əmlakları barədə mənbəyi, ödənilən vergilərin miqdarı göstərilməklə, deklarasiya verilməsini tələb edir. Bu barədə hələ 2005-ci ildə qanun da qəbul olunub, ancaq məlum olmayan səbəblərdən indiyə qədər bu qanun tətbiq edilmir. Deməli, ölü qanundur. Dünyanın aparıcı ölkələrində bu deklarasiya sistemi fəaliyyət göstərir, bizdə isə yox.
2-ci, korrupsiya ilə mübarizə, mahiyyət etibarilə, xərclər barəsində də deklarasiya tələb edir. Yeri gəlmişkən, bu barədə Rusiya Federasiyasında qanun qəbul edilib. Həmin sənəd belə adlanır: “Dövlət vəzifələrini tutan şəxslərin və digərlərinin xərclərinin gəlirlərinə uyğun olması üzərində nəzarət haqqında”. Belə bir qanunu təcili olaraq biz də qəbul etməli və onun tətbiqinə nail olmalıyıq.
Düşünurəm ki, bu, gəlirlər barədə deklarasiyadan daha vacibdir. Özü də, gəlirlər və xərclər haqqında deklarasiyalar mütləq elektron qaydada müvafiq dövlət qurumlarının saytlarında yerləşdirilməlidir ki, xalq oxusun və hər şeyi bilsin. Başqa sözlə, şəffaflıq təmin olunsun.
Üçüncüsü, hamımıza məlumdur ki, bizdə varlı adamlar biznesmenlər yox, vəzifəli şəxslərdir. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunla qadağan olunmuş sahibkarlıq fəaliyyətilə məşğul olurlar. Birbaşa korrupsiyaya aparan yollardan biri də budur. Bunun qarşısını almaq üçün mən hələ deputat olduğum vaxt Milli Məclisə korrupsiya ilə ciddi mübarizə üçün, dünyanın aparıcı ölkələrində olduğu kimi, sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi təqdim etdim. Çox təəssüf ki, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi layihəni müzakirə üçün plenar iclasa təqdim etmədi və bununla, əslində korrupsionerlərə töhfə vermiş oldu. Düşünürəm ki, Prezident yuxarıda göstərilən mövqeyinə uyğun olaraq, bu qanun layihəsini tezliklə MM-ə göndərməlidir. Yəqin ki, MM-də onun təşəbbüsünün əleyhinə getməzlər.
Dördüncüsü, korrupsiya ilə ciddi mübarizə, demək olar ki, əksər nazirliklərdə yaradılıb, həmin nazirliklərin mənafelərinə qulluq edən istintaq şöbələrini ləğv edib Vahid İstintaq Komitəsinin yaradılmasını, bütün vəzifəli şəxslərin, nazirliklərin və digər dövlət qurumlarının qanunauyğun fəaliyyətini təmin etmək üçün prokurorluğun ümumi nəzarət funksiyasının, habelə nəqliyyat prokurorluqlarının bərpasını tələb edir.
Beşincisi, bu gün sosial-iqtisadi durumumuzun böyük bəlası olan inhisarçılıqdan çox danışılır. Amma bu bəla ilə mübarizə üçün tələb olunan qanunvericilik bazası yaradılmır. Haqlı olaraq da sual yaranır: 2-ci oxunuşdan hələ 2006-cı ildə keçmiş Rəqabət Məcəlləsi indiyədək hansı səbəbdən qəbul edilmir, burada marağı olan kimlərdir? Hansı qanun və qaydaya görə qanun layihəsi iki oxunuşdan sonra səsverməyə çıxarılmadı? Belə bir normativ akt yoxdur. Bu hal bir daha sübut edir ki, ölkə qanunlarla deyil, artıq yuxarıda qeyd olunduğu kimi göstərişlərlə idarə olunur. Elə fəlakətimizin əsas səbəblərindən biri də budur.
İnhisarçılığın tamamilə ortadan qaldırılması da korrupsiyaya qarşı mübarizənin başlıca metodlarındandır. Çünki inhisarçılıq inkişafa maneçilik törədən əsas amildir. Məhz inhisarçılıq insanın hüquq və azadlıqlarını pozur, onların təşəbbüskarlıqlarını aradan qaldırır, azad rəqabətə yol vermir, korrupsiyaya meydan açır, var-dövlətin ayrı-ayrı korrupsioner məmurların, soyğunçu sahibkarların cibinə axmasına qulluq edir. Odur ki, ölkə iqtisadiyyatına və mənəviyyatına ölümcül zərbə vuran inhisarçılığa qarşı amansız mübarizə aparılmalıdır və bunun üçün də tezliklə Rəqabət Məcəlləsi qəbul olunmalıdır.
Nəhayət, korrupsiya ilə mübarizə dövlət işlərində, hakimiyyət münasibətlərində, vəzifə əlaqələrində, kadrların seçilməsində ailəçiliyə, qohumbazlığa, yerlibazlığa yol verilməməsini tələb edir.
Qısası, korrupsiyaya qarşı mübarizə yalnız Baş Prokurorluğun səlahiyyəti daxilində deyil. Bütün hakimiyyət qolları və müvafiq orqanlar bu işdə maraqlı olmalı, tələb olunan kompleks tədbirlər həyata keçirilməlidir.
Amma korrupsiyaya qarşı mübarizə tapşırıqlarla, göstərişlərlə yox, qanunlarla aparılmalıdır.
- Ədliyyə naziri Fikrət Məmmədov 2000-ci ildən, Ramiz Rzayev də 2005-ci ildən Ali Məhkəmənin sədridir. Sizcə onlar vəzifələrini layiqincə yerinə yetirirlərmi?
- Mən bu barədə danışmaq istəmirəm, yuxarıda qeyd etdiyim kimi sadaladığınız hər iki strukturda işləmişəm. Onların təmiz işləməsinin başında qanunla işləmələridi, sifarişlə yox.
- Həbs olunan icra başçıları ilə bağlı fikirləriniz maraqlıdı. Sizcə həbs olunası başçılar qalıbmı?
- Mən onlardan təkcə Netçalanın icra başçısını tanıyırdım. Korrupsionerin biri idi. Əgər sadaladığım qanunlar qəbul olunarsa, artıq çox faktlar üzə çıxacaq. Bu gün elə bir məmur yoxdu ki, sifariş həyata keçirməsin.
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenlıənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)