Müsavat başqanı: "İqtidarla dialoqa hazıram..." - MÜSAHİBƏ
29-04-2020 [17:05]
Müsavat Partiyasının başqanı Arif Hacılı Yenisabah.az saytının suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni təqdim edir:
- Arif bəy, koronavirus pandemiyası dövründə ölkədəki ictimai-siyasi vəziyyəti, hakimiyyətin və müxalifətin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Hazırda hətta ən demokratik ölkələrdə belə, siyasi fəaliyyətin səngiməsi prosesi gedir. Bu da təbii ki, dünyanı təhdid edən koronavirus pandemiyası ilə əlaqədardır. Hətta ən demokratik ölkələr də pandemiyaya qarşı mübarizə çərçivəsində bəzi qadağalar tətbiq edib. Bu da əlbəttə ki, siyasi fəallığın azalmasına səbəb olur.
Ancaq Müsavat Partiyasi olaraq biz hələ fevral ayında pandemiyanın qarşısının alınması istiqamətində atılacaq addımlarla bağlı öz təkliflərimizi vermişik. Bu təkliflərin yerinə yetirilməsinə təkid etmişik. Bu təklifləri həm internet kanallarında çıxışlarımızda ictimaiyyətə açıqlamışıq, həm də Müsavat Partiyasının ictimailəşdirdiyi sənədlərdə bunlar öz əksini tapıb.
Təəssüf ki, hakimiyyət qadağalarla bağlı müəyyən təkliflərə müsbət yanaşaraq sərhədləri bağlasa da, ölkə daxilində hərəkəti məhdudlaşdırsa da, xalqa xidmət edilməli olan sahələrdə irəli sürdüyümüz təkliflərin demək olar ki, heç birini qəbul etmədi. Bu ağır vəziyyətdə əhalinin sosial təminatı ilə məşğul olmadı. Eyni zamanda orta və xırda sahibkarlığı sıradan çıxmaqdan xilas etmək məqsədilə hər hansı ciddi addım atılmadı. Həbsxanaların qapısı açılmadı. Bir sözlə, təəssüf ki, hakimiyyət dünya ölkələrindən mənfi təcrübələri mənimsədi. Ancaq bir çox ölkələrdə əhalinin sosial təminatı üçün müxtəlif yardım paketlərinin həyata keçirilməsi, həbsxanalarda olanların azadlığa buraxılması və digər sahələrdə mühüm işlər görülüdü. Hakimiyyət həmin işlərin heç birini Azərbaycanda tətbiq etmədi.
- Hakimiyyət 2018-ci ildən islahatlar kampaniyası elan edib və müəyyən addımlar atmaqla indiki həssas dönəmdə siyasi divident qazanmağa çalışır. Müxalifət düşərgəsində isə qarşıdurmalar səngimir. Sizcə, bu qarşıdurmaların gerçək səbəbi nədir?
- Hakimiyyət müxalifət daxilində çəkişmələrin olması üçün çox ciddi siyasi iş aparır. Eyni zamanda bu məsələ ilə əlaqədar bir çox qüvvələri prosesə cəlb edir. Həmin qüvvələr münasibətlərdə hər hansı gərginlik yarananda bunun körüklənməsində iştirak edir. Hesab edirəm ki, müxalifət qüvvələri bunu nəzərə almalıdır.
Hakimiyyətin islahatlarına gəlincə, iqtidar hər hansı islahat aparmayıb və bu barədə hər hansı niyyəti də yoxdur. Keçirilən növbədənkənar parlament seçkilərində müxalifət qüvvələrinin parlamentə buraxılmaması, bərabərhüquqlu siyasi rəqabət şəraitinin yaradılmaması, televiziya debatlarının keçirilməməsi, bizim debat çağırışlarımızın iqnor edilməsi, seçki günü əndazəni aşan qanun pozuntularına yol verilməsi, yenə də parlamentin əvvəlcədən tutulan siyahı ilə müəyyənləşməsi hakimiyyətin islahat barədə dediklərinin tamamilə mənasız olduğunu göstərir.
Sadəcə hakimiyyət müəyyən qüvvələri hərəkətə gətirərək ölkədə mövcud olan və bir qədər sonra daha da ağırlaşacaq vəziyyətin qarşısını almaq üçün müxalifət daxilində və bütövlükdə cəmiyyətdə qarışıqlıq yaratmağa çalışır. Fikrimcə, belə bir situasiyada müxalifət düşərgəsində hətta kimlərinsə haqqında haqsız iradlar irəli sürülürsə, liderlər bunu nəzərə alaraq xüsusi qarşıdurmalara getməməlidirlər.
- Əsasən 2019-cu ildən başlayaraq iqtidar komandası ciddi dəyişikliyə uğrayıb. Uzun müddət vəzifədə olan məmurlar istefaya göndərilib, icra başçılarının timsalında vəzifəli şəxslərin həbsləri həyata keçirilib və bu davam edir. Bu addımlar islahatlar kampaniyasının tərkib hissəsi kimi qiymətləndirlir. Əgər bu islahat deyilsə, o zaman baş verənlərin kökündə nə dayanır?
- Əgər parlament seçkilərində minimum şərtlərə əməl olunsaydı, əvvəllər olduğu kimi yenə də əsas müxalifət qüvvələri xəyanətdə, düşmən olmaqda suçlanmasaydı və ya vəzifələrdən çıxarılan şəxslərin yerinə təyin olunan şəxslər liberal iqtisadi və liberal siyasi münasibətlərə doğru hər hansı addım atsaydılar təbii ki, bunun islahat kimi dəyərləndirlməsi barədə danışmaq olardı. Lakin keçirilən son parlament seçkiləri bundan əvvəl baş tutan seçkilərdən heç nə ilə fərqlənmədi. Müəyyən şəxslərin vəzifələrindən azad olunmasından sonra həyata keçirilən yeni təyinatlar həm iqtisadi, həm də siyasi münasibətlərdə hər hansı mühüm dəyişikliklərə gətirib çıxarmadı. Yəni, burada əslində islahatdan deyil, daha çox yerdəyişmədən söhbət gedir. İslahatların olması üçün əvvəla, ölkədə xalqın iradəsilə formalaşan hakimiyyət strukturları mövcud olmalı, gerçək hakimiyyət bölgüsü həyata keçirilməli, ölkədə yerli özünü idarəetmə sistemi yaradılmalıdır. Müsavat Partiyası olaraq bütün bu təkifləri dəfələrlə irəli sürmüşük. “Müsavat Partiyasının seçki platfroması” adlı sənədlə ictimaiyyətə təqim etmişik. Hakimiyyətdə olanlar da bu sənədlə tanışdılar. Ancaq bütövlükdə dövlət idarəçiliyinə yanaşmada ölkənin birinci şəxsinin mövqeyi dəyişməyib. Düşünürəm ki, kadr siyasətində yenə əvvəlki prinsiplər, yəni, regionçuluq, mütilik, rəhbərə sədaqət və s. prinsiplər əsas götürülür. Və hakimiyyətdən kənarlaşdırılanlar heç də korrupsiyaya görə yox, məhz bu prinsiplərə xələl gətirən hansısa qüsurlara yol verdikləri üçün vəzifələrindən uzaqlaşdırılıb.
- Baş verənlərin siyasi sistemin yeni konfiqurasiyasının formalaşdırılması kimi izah edənlər də var. Təbii ki, söhbət hakimiyyət düşərgəsinin bu məsələlərə yanaşmasından getmir. Baxmayaraq ki, ölkə başçısı vaxtaşırı ölkədə yeni siyasi düzənin yaradılması prosesinin getdiyini bəyan edir. Müstəqil və müxalif düşüncəli ictimai-siyasi fiqurlar arasında da belə düşünənlər var...
- Bu konfiqurasiya əslində hakim elitanın slahiyyətlərini genişləndirmək və hakimiyyətini möhkəmləndirməyə xidmət edir. Bu dəyişikliklər əslində cəmiyyətin maraqlarına xidmət etmir.
- Bəs dialoq təklifinə, bu prosesin tərkib hissəsi olaraq siyasi partiyaların qeydiyyat probleminin həllinə, REAL sədri İlqar Məmmədova bəraət verilməsinə nə deyirsiniz?
- Bu da islahat adı altında seçki ərəfəsində demoqogiyanın davamıdır. Çünki heç bir siyasi partiyaya dialoq təklif olunmayıb. Konkret olaraq mənə müraciət edən şəxslər Prezident Administrasiyasının şöbə müdirinin mənimlə tanış olmaq istədiyini bildiriblər. Hansı məsələlərin müzakirə olunacağı barədə verdiyim suala da “Bu tanışlıq görüşüdür, şöbə müdiri sizinlə tanış olmaq istəyir” deyə cavab veriblər. Mən də bildirmişəm ki, kim mənimlə tanış olmaq istəyirsə, Müsavat Partiyasının qərargahına gələ bilər. Onlar da Müsavatın qərargahına gəlməyiblər. Yəni, hər hansı dialoqdan söhbət getməyib. Hakimiyyətlə müxalifət arasında dialoq hansısa partiyanın qeydə alınması, hansısa partiyanın nümayəndəsinə privilegiyaların verilməsi ətrafında ola bilməz. Siyasi partiyalar arasında, xüsusilə, iqtidarla müxalifət arasında dialoq ölkənin ümumilli məsələləri ilə bağlı ola bilər. Və biz belə bir dialoq təklifilə dəfələrlə çıxış etmişik. Şəxsən mən bir neçə dəfə İlham Əliyevə müraciət etmişəm ki, ya o özü, ya onun təyin etdiyi yüksək vəzifəli şəxslərlə ölkənin ümumilli məsələlərini müzakirə etməyə hazıram.
- Söhbət konret hansı məsələlərdən gedir?
- Təbii ki, ilk yerdə Qarabağ məsələsi gəlir. Şəxsən mən Qarabağ problemi də daxil olmaqla Azərbaycanda gerçək iqtisadi və siyasi islahatların aparılması, siyasi münasibətlərin formalaşması, bu gün aktual olan koronavirus pandemiyasına qarşı mübarizə, neftin kəskin ucuzlaşması, pandemiya dövründə iş yerlərinin bağlanması ilə əlaqədar yaranacaq iqtisadi böhranı önləmək, onun törədəcəyi fəsadların aradan qaldırılması, əhalinin düşəcəyi ağır sosial vəziyyətdən çıxış yolları və digər məsələlər ətrafında dialoqa hazıram. Bu məsələlərlə bağlı bizim konkret təkliflərimiz, proqramımız var və zaman-zaman bunun bir hissəsini ictimaiyyətə açıqlamışıq. Əgər hakimiyyətin zəruri hesab etdiyi başqa məsələlər də varsa, həmin məsələlər ətrafında da şəffaf şəkildə müzakirə aparmağa hazıram. Bu baxımdan Müsavat Partiyasının guya dialoqdan imtina etdiyi barədə fikirlərin heç bir əsası yoxdur.
- Məsələ burasındadır ki, Prezident Administrasiyasından gələn dəvəti dialoq təklifi kimi qəbul edənlər var. Müxalifət düşərgəsində bu məsələyə fərqli yanaşmanın səbəbi nədir?
- Bu sualı Prezident Administrasiyasının tanışlıq dəvətini dialoq hesab edənlərə verin. Yenə də deyirəm, mənə deyilib ki, şöbə müdiri sizinlə tanış olmaq istəyir. Digər tərəfdən, bu görüşlərdə siyasi partiyaların qeydiyyatı, qərargah problemi və s. bu tipli texniki, eyni zamanda şəxsi məsələlər ətrafında müzakirə aparılıb. Bu görüşlərin heç birində Azərbaycanın ümumilli msələləri müzakirə mövzusu olmayıb. Yeri gəlmişkən, Azərbaycanın ümumilli məsələləri gerçək siyasi partiyalarla müzakirə edilə bilər. Azərbaycanda səhv etmirəmsə, 55-ə yaxın qeydiyyatdan keçmiş partiya var. Mən 30 ildir aktiv siyasətlə məşğulam amma bu partiyaların heç 10 faizinin adını bilmirəm. Yəni, Azərbaycan cəmiyyətinin bu partiyaların mövcudluğundan xəbəri yoxdur. Hər dəfə hansısa məsələlər ortalığa hakimiyyət qeydiyyatdan keçmiş bütün partiyaları prosesə cəlb edir. Bu da əslində konstruktiv mövqe deyil və daha çox imitasiya yaratmaq məqsədi daşıyır. Ümumiyyətlə, hakimiyyətin bütün sahələrlə bağlı siyasəti xeyli dərəcədə imitasiya xarakteri daşıyır. Bu, istər demokratiya məsələsi, istər sosial vəizyyətin yaxşılaşması, istər işsizlik probleminin həlli, istərsə də iqtidar- müxalifət münasibətlərinin qurulması olsun. Əlbəttə ki, Müsavat Partiyası bu prosesdə iştirak edə bilməz.
- Belə çıxır ki, görüşə qatılan digər müxalifət partiyaları imitasiya prosesinin aktorlarıdır?
- Bu barədə sualları o partiyalara verərsiniz. Mən yalnız Müsavat Partiyasının adından çıxış edirəm və bildirirəm ki, Müsavat dialoq adı altında keçirilən imitasiya prosesində iştirak edə bilməz. Müsavat Partiyasının başqanı olaraq Azərbaycan hakimiyyətini qeyd etdiyim problemlər ətrafında müzakirələr aparmağa, dialoqa çağırıram.
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenlıənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)