Keçmiş məhkum qaçırdığı maşınla nələr etmədi ki... - Açıqlama + FOTO
17-04-2020 [19:35]
Abşeron rayon sakini Əbülfət Məmmədov 16.04.2020-ci il tarixdə polisə şikayət edərək etibarnamə ilə idarə etdiyi BMW markalı 99-RG-740 dövlət qeydiyyat nişanlı minik avtomobilinin rayon ərazisindən qaçırılması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında həmin nəqliyyat vasitəsinin 17.04.2020-ci il saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib. Dərhal ərazi üzrə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti inspektorları tərəfindən ona saxlama barədə işarəsi verilib. Lakin sürücü verilən işarəyə tabe olmayaraq köməyə gəlmiş post-patrul xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobili vuraraq şəhər istiqamətinə hərəkətini davam etdirib.
Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təqibi davam etdirilən avtomobil daha sonra Nərimanov rayonu ərazisində hərəkətdə olan “Hyundai” markalı 90-OH-051 dövlət qeydiyyat nişanlı digər bir avtomobili də vurub.
Zərbə nəticəsində “Hyundai” markalı avtomobil həmin ərazidə piyada xidmət aparan YPX inspektorunu da vuraraq ona bədən xəsarəti yetirib. Görülmüş operativ tədbirlər nəticəsində qaçırılmış avtomobil Nərimanov rayonu “Montin” qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma zamanı həmin avtomobilin əvvəllər dəfələrlə məhkum olunmuş Ramazan Ağabəyov olduğu məlum olub.
Qeyd edək ki, sürücü saxlanılan zaman üzərindəki kəsici alətlə Binəqədi rayon DYPŞ-nin əməkdaşlarına müqavimət göstərərək onlara hücum etməyə cəhd edib. Lakin polis əməkdaşların çevikliyi nəticəsində o, dərhal zərərsizləşdirilərək Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə təhvil verilib. Araşdırma zamanı Ramazan Ağabəyovun qaçırdığı avtomobili istifadə etdiyi narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ