"Kommunallarla bağlı güzəştli qərar olmayacaq" - İqtisadçı bank kreditlərinə gözlənilən güzəşt haqda da danışdı
16-04-2020 [10:23]
Xüsusi karantin rejimi günlərində müxtəlif ictimai şəxslər, sadə vətəndaşlar tərəfindən bank kreditlərinə güzəştlərin tətbiqi, bir neçə aylıq insanları kommunal xərclərdən azad edilməsi ilə bağlı təkliflər səsləndirilir.
Bəs bunların edilməsi indiki şəraitdə nə qədər realdır?
Mia.az xəbər verir ki, bu haqda Musavat.com-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, bank sektorunda mövcud oyunçulardan ikisindən başqa qalanları kommersiya banklarıdır:
"Bankların əhalinin kredit borcunu silməsi və ya güzəşt etməsi onların hər birinin özünün uzunmüddətli strategiyası və eyni zamanda mövcud maliyyə vəziyyətindən asılıdır. Burada hökumət diqtəedici tərəf ola bilməz. Çünki əks halda bazar iqtisadiyyatının prinsipləri pozula bilər.
Hökumətin əlində kifayət qədər alətlər mövcuddur. Bu alətlərdən istifadə etməklə, bank sektoruna müvafiq dəstəyi təmin edib, bu sektorla razılaşaraq, vətəndaşa, biznesə kredit tətilləri təqdim oluna bilər. Məlumdur ki, artıq faizlərlə bağlı müəyyən addımlar atılıb. Bu, biznes üçün nəzərdə tutulub. Belə ki, faizlərin 1 il müddətində 10 faiz bəndi hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdə tutulub. Bu məqsədlə müvafiq vəsait ayrılıb.
Lakin digər istiqamətlərdə banklar artıq müştərinin maliyyə vəziyyətinə, eyni zamanda portfelinin strukturuna, kreditorlar qarşısındakı öhdəliklərinə baxıb, qərar qəbul edə bilərlər. Yaxud da Mərkəzi Bank bankların likvidliyini dəstəkləmək məqsədilə müəyyən vəsait ayrı bilər. Hansı ki, bu mexanizmdən 2019-cu ilin fevralında problemli kreditlərin həlli ilə bağlı məsələdə istifadə olundu. Eyni addım atılarsa, bankların likvidlik problemi həll olunur. Banklar isə öz növbələrində müştərilərinə tətillər, güzəştlər verirlər. Tətillər bitdikdən sonra isə yığılan vəsaiti yenidən toplayıb, Mərkəzi Banka qaytarırlar.
Bu mexanizmdən istifadə edib, dövlətlə bank sektoru arasında ikitərəfli razılaşma əldə etmək olar. Əks halda hansısa qanun qəbul edib, "banklar bunu etməlidir" yanaşmasının ortaya qoyulması mümkün deyil. Digər tərəfdən də Mərkəzi Bank hazırda requlyativ tətillərdən danışır və bu, dəstək proqramlarında da nəzərdə tutulub. Requlyativ tətillər də müəyyən potensial şərtlərin yumlaşdılması ilə bank sektoru üçün mühiti nisbətən yumşalda bilər. Bunun müqabilində də bank sektoruna müştəri ilə daha liberal şərtlərlə fəaliyyət göstərmək, güzəştlər tətbiq etmək kimi əlverişli şərait yarada bilər".
İqtisadçı kommunal ödənişlərin bir neçə aylıq ləğvi məsələsi ilə bağlı aşağıdakıları söylədi: "Kommunal xidmətlərdə güzəşt məsələsi dövlətin səlahiyyətindədir. Bəllidir ki, "Azəriqaz", "Azərsu", "Azərişıq" dövlət mülkiyyətidir və paylaşır yüz faiz dövlətə məxsusdur. Burada dövlət hansısa qərarı qəbul edə bilər. Yəni qərar qəbul edən tərəf birbaşa elə dövlətin özüdür. Lakin məsələ odur ki, cari situasiyada düşünülür ki, bu cür hallar son dövrlər formalaşan nizam-intizama mənfi təsir göstərə bilər. İkincisi də faktiki olaraq bütün istiqamətlər üzrə dövlətin gəlirləri azalıb. Əgər şirkətlər kommunal istiqamətlər üzrə vətəndaşa güzəşt edərsə o zaman bu, müəssisələrin saxlanması üçün daha xərclər lazımdır. Bu xərcləri isə kompensasiya etmək gücü hazırda yoxdur. Bütün bunları nəzərə alaraq hökumət vətəndaşa kommunal güzəşt vermədi. Artıq bu proses geridə qalıb. Hesab edirəm ki, bundan sonra da qeyd etdiyimiz istiqamətdə hər hansı bir qərar olmayacaq".
İqtisadçı Natiq Cəfərli bildirib ki, ilkin etapda mart, aprel və may ayları daxil olmaqla 3 aylıq müddətə bütün kredit faizlərinin hesablanması dondurula bilər: "Yəni dövlətin qərarı ilə bu, mümkündür. Mərkəzi Bank və dövlətin bunun üçün sazişi olmalıdır. 3 ay müddətində də banklar bütün vergilər azad edilsin. Düzdür, bu, kreditlərdən gələn faiz gəlirlərini əvəz etməyəcək. Ancaq Mərkəzi Bank daha başqa bir güzəştlə bankları stimullaşdıra bilər.
Məsələn, çox aşağı faizlə - ilk 6 ayı 0 faiz, növbəti 6 ayı isə 2-3 faizlə banklara manat cinsindən kredit verə bilər. Ən azından bu, 1-2 il üçün razılaşdırıla bilər. Çünki Mərkəzi Bankın dollar ehtiyatlarından başqa manat rezervləri də var. Həmin manat ehtiyatlarını banklara çox aşağı faizlə təklif edə bilər. Nəticədə bununla bankları da stimullaşdırmaq olar ki, indiki itkilərini bir müddətdən sonra aşağı faizlə götürdükləri krediti daha yüksək faizlə istehlak və biznes kreditlərinə yönəldərək, artıqlaması ilə pullarını qazanacaqlar.
Burada həm vətəndaşları, həm də bankları qane edəcək ortaq məxrəcə gəlmək mümkündür".
Onu da bildirək ki, ötən həftə parlamentin plenar iclasında Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, Mərkəzi Bank xüsusi karantin rejimi dövründə bank kreditləri üzrə faizlərin hesablanmasının dondurulması mümkünlüyünü nəzərdən keçirə bilər: “Hazırda bank kreditləri ilə bağlı işlər gedir. Yaxın vaxtlarda bu məsələ ilə bağlı addımlarımızı açıqlayacağıq”.
Həmin iclasda deputat Aydın Mirzəzadə ölkədə tətbiq olunan sərt sosial izolyasiya tədbirləri ilə əlaqədar əhalinin bank kreditləri üzrə faiz hesablanmasının dondurulması ilə bağlı məsələ qaldırmışdı.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz