"Efirdə dombalaq aşmağın, meymunluq etməyin vaxtı deyil” - Baş redaktor bəzi aparıcıları qınadı
31-03-2020 [15:14]
“Hazırda koronavirus mətbuatın bir nömrəli mövzusuna çevrilib. Bu da təbiidir. Peşəkar yanaşma bunu diktə edir. Sevindirici haldır ki, Azərbaycan jurnalistləri təkcə xəbər verməklə öz işlərini bitmiş hesab etmirlər. Jurnalistlər həm də maarifləndirirlər. Koronavirusla bağlı maarifləndirici yazıların sayı getdikcə artır. Bu isə özlüyündə müsbət haldır və cəmiyyətin koronavirus infeksiyasından daha az itki ilə çıxmasına xidmət edir”.
Mia.az xəbər verir ki, bu sözləri “Şərq” qəzetinə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Baş redaktor bildirib ki, koronavirusla mübarizədə Azərbaycan jurnalistləri bir nəfər kimi səfərbər olunub: “Aparıcı KİV-lər peşəkar davranır, cəmiyyətdə panikaya yol açan xəbərləri, dəqiqləşdirilməmiş məlumatları tirajlamırlar. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın bütün press-relizləri KİV-də yayılır, həmişə rəsmi məlumatlara istinad olunur. Jurnalist təxəyyülünü işə salmaq, aya, ulduza baxıb cümlə qurmaq indi dəb deyil. Digər təbəqələrin nümayəndələri kimi, jurnalistlər də yaxşı başa düşürlər ki, koronavirus kimi dəhşətli pandemiya İP uğrunda mübarizədə vasitə ola bilməz”.
Tanınmış jurnalist qeyd edib ki, mətbuatdan fərqli olaraq, televiziyalar koronavirusla mübarizəyə bir qədər gec qoşuldular: “Halbuki telekanalların auditoriyası daha genişdir, efefktiv görüntü imkanlarına sahib olmaları onların əsas üstünlüyüdür. Xüsusilə, telekanallar bu prosesdə yaxından iştirak etməlidirlər. Biz İP uğrunda mübarizəni arxa plana keçirdiyimiz kimi, onlar da “tamaşaçı ovu”ndan müvəqqəti imtina etməlidirlər. Dünya, o cümlədən, Azərbaycan tarixin ən həssas dönəmlərindən birini yaşayır. “Qocalar, ay qocalar, biz sizə minnətdarıq, qocalar, ay qocalar” ritorikasından imtina edib, vəziyyətin necə həssas olduğunu qocaların diqqətinə çatdırmaq lazımdır. Efirdə dombalaq aşmağın, meymunluq etməyin vaxtı deyil”.
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov