Mətbuat Şurasının jurnalistlərə koronavirusla bağlı tövsiyələr verdi - Siyahı
23-03-2020 [17:13]
Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin koronavirus dövründəki fəaliyyətinə dair tövsiyələr verib.
Şuradan Mia.az-a verilən xəbərə görə, dünyada koronavirus pandemiyasının yayılması ilə bir çox sahələr özlərinin fəaliyyət istiqamətlərində ciddi dəyişikliklər edirlər. Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrində də bununla bağlı çoxsaylı məsələlər əksini tapır. Ümumən həyata keçirilməkdə olan məhdudlaşdırıcı tədbirlər virusun daha geniş şəkildə yayılmasının qarşısının alınması, itkiləri minimallaşdırmaq məqsədi daşıyır. Belə bir durumda media da özünün iş prinsiplərini koronavirusla mübarizəyə səfərbər etməlidir. Təqdirəlayiq haldır ki, ölkəmizin kütləvi informasiya vasitələri fəaliyyətlərini mövcud reallığı dərk edərək qururlar.
Azərbaycan Mətbuat Şurası bunu yüksək qiymətləndirməklə yanaşı, media orqanlarımızın işinin daha səmərəli şəkildə təşkili üçün aşağıdakı tövsiyələri irəli sürür:
- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş tövsiyə və tələbləri, gigiyena qaydalarını təbliğ etmək, mövcud istiqamətdəki yenilikləri diqqətdə saxlamaq;
- Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilmiş tövsiyə və tələbləri təbliğ etmək, dünyada mövcud istiqamətdəki reallıqları nəzərə almaq;
- Cəmiyyətə mərhəmət, xeyirxahqlıq kimi nəcib hissləri, xalqımızın adət-ənənələrindən irəli gələn dəyərləri aşılamaq;
- Dövlətə, dövlət qurumlarına inam yaratmaq. Mövcud nöqsan və çatışmazlıqların təqdimatını dövlətə inamsızlıq, etibarsızlıq motivləri ilə izah etməmək;
- Dövlət qurumlarının, ayrı-ayrı idarə, müəssisə və təşkilatların xəstəlikdən qorunmaq üçün həyata keçirdikləri fəaliyyəti təbliğ etmək, biznes sturkturlarının, müxtəlif hüqiqi və fiziki şəxslərin, vətəndaşların üzləşdikləri maliyyə itkiləri və sair məhrumiyyətlərlə bağlı materialların hazırlanmasına həssas yanaşmaq, hər hansı panikaya yol verməmək, konkret faktlara istinad etmək, real tendensiyaları vurğulamaq;
- Materialların təqdimatında faktlara əsaslanmaq. Əldə edilmiş bilgiləri ciddi şəkildə araşdırmaq, onlara tənqidi yanaşmaq, rəsmi təsdiqə nail olmaq;
- Cəmiyyətə obyektiv informasiya vermək zərurəti ilə insanlar içərisində qorxu yaradılması ehtimalı arasında balans yaratmaq. İnsanları sarsıdacaq məqamları qabartmamaqla obyektiv reallıqları önə çəkmək, daha çox koronavirusa qarşı mübarizə ruhu aşılamaq;
- Xarici mənbələrdən götürülmüş materialların təqdimatı zamanı onların həqiqətə uyğunluğuna ciddi diqqət yetirmək, müqayisəli və tənqidi yanaşmaq;
- Jurnalistlər bilməlidirlər ki, ümumən hazırkı durumda dünya üzrə koronavirusa yoluxma faizi ilə bağlı açıqlanmış rəqəmlər mövcud sahədəki vəziyyəti tam şəkildə dərk etmək, dəqiq mülahizə yürütmək üçün yetərli deyil. Buna görə də rəqəmlərə tənqidi və müqayisəli yanaşmaq şərtdir;
- Sahə üzrə ixtisaslaşmış ekspertlərə müraciət olunması. Dövlət qurumlarının, səhiyyə təşkilatlarının, tibb təhsili ocaqlarının mütəxəssislərinin rəylərinə istinad. Onların konkret mövzu üzrə mahiyyətə uyğun şəkildə biliklərini bölüşmələrinə şərait yaratmaq. Ekspertlərin fikirlərinə tənqidi və müqayisəli yanaşmaq;
- Müsahib ekspertlərin nə demək istədiklərini dəqiq şəkildə anlamaq. Həqiqətləri müəyyənləşdirmək üçün ilk baxışdan hətta sadə görünən sualların verilməsindən çəkinməmək;
- Materialların təqdimatında terminlərdən düzgün istifadə etmək, xəbərlərdə şərhlər verməmək, zəruri hallarda şərhi xəbərdən ayırmaq;
- Mövzuya dair materialların təqdimatında mövcud qanunlara, qaydalara riayət etmək, insan hüquq və azadlıqlarının qorunmasının vacibliyi prinsipinə əməl etmək;
- Materialların təqdimatında ksenofobiya və rasizm elementlərindən uzaq durmaq. Hansısa ərazini koronavirusun yayıldığı bölgə kimi qabartmaqla həmin ərazinin insanının bəşəriyyət üçün təhlükə yaratdığına dair rəy formalaşdırmamaq;
- Xəstəliklə bağlı materialların təqdimatında foto görüntülərin seçiminə diqqətlə yanaşmaq. Bu baxımdan Asiya mənşəli şəxslərin, əsasən də çinlilərin görüntülərini koronavirusla assosiaya etməkdən uzaq durmaq;
- İllüstrasiyalarla manipulyasiyadan, sensasiyon təqdimatlardan uzaq durmaq, sosial şəbəkələrdə yayılmış fikirlərin informasiya dəyərini ciddi şəkildə yoxlamaq;
- Xəstəliyə tutulmuş insanların adlarını çəkməmək, onlar haqqındakı konkret faktları təqdim etməmək. Xəstəliyə yoluxmuş insan vəzifəli, fəaliyyəti ictimai əhəmiyyət daşıyan şəxsdirsə, bununla bağlı materialların təqdimatına həssas yanaşmaq, klişelərdən, interpretasiyalardan uzaq durmaq;
- Xəstəliyin profilaktikası, müalicəsi və müayinəsi ilə bağlı məsələlərin təqdimatına həssas yanaşmaq, bu zaman konkret məqamları önə çəkmək, tibbin və səhiyyənin prioritet seçmədiyi məsələləri irəli sürməmək;
- Peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərin koronavirusdan qorunmaq üçün təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmələri vacibdir.
Prezident İlham Əliyev Konstantinos Tasoulasa məktub göndərib - MƏTN
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov