XDMX rəsmisi: "Ötən il 2 kiberqruplaşmanın fəaliyyəti ifşa olunub"
03-03-2020 [12:37]
"Ötən il biz 2 kiberqruplaşmanın fəaliyyətinin ifşa olunması istoqamətində əməliyyat həyata keçirdik".
Bunu "Hökumət buludu" mövzusunda keçirilən tədbirdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) nümayəndəsi Tural Məmmədov deyib.
Onun sözlərinə görə, həmin qruplaşmaların hədəfə aldığı ölkələr bu barədə məlumatlandırılıb: "Onlardan biri "multivalter" kiberqruplaşması idi və əsasən dövlət qurumlarını hədəfə almışdı. Burada əsasən "trut chain"dən ("inam zənciri") istifadə olunmuş hallar özünü büruzə verirdi. Hansısa hədəfə alınmış təşkilat və yaxud qurumdan onların yazışmalarına uyğun digər qurumlar hədəfə alınırdı. Biz əldə etdiyimiz nümunələri toplayıb analiz etdik və nəticədə 200-dən çox indikator müəyyən etdik. Bu indikatorları dövlət qurumlarına da göndərdik ki, onlar da özlərində vəziyyətin necə olduğunu müəyyən etmək üçün öz lokal "firewall"larında yoxlasınlar.
Təbii ki, bir çox hallarda bir çox dövlət qurumları buna əhəmiyyət vermədi, daha ciddi yoxlamadı. Amma gələcəkdə biz bütün dövlət qurumlarını "G-cloud" altında birləşdirə bilsək kənar müdaxilələri də müəyyən edə bilərik. "multivalter"i araşdırdıqda müəyyən olundu ki, onlar təkcə Azərbaycanı deyil, bir çox ölkələri hədəfə alıb. Hədəfə aldığı formatlardan biri məhz ofis proqramları daxilində insanları aldatmaqla sanki ofis proqramında göndərilən material "blur" (tutqun) formada göndərilir. Onun nə olduğu ilə maraqlananda və aşmaq istəyəndə isə onlara bu sənədin "Microsoft offive 365"də qeydiyyatdan keçirilib. Həmin sənədi görmək üçün müəyyən qeydiyyatlar həyata keçirilməlidir. Amma, əslində, bu hücum yeni texnologiya, trendə uyğunlaşdırılmış versiya idi. Nümunələrdən də görünür ki, Azərbaycan dilində göndərilən bu sənəd əsasən Daxili İşlər Nazirliyinin adından göndərilib. Araşdırma nəticəsində xaker və yaxud xaker qruplaşmasının istifadə etdiyi sistemi əldə etmək imkanımız oldu. Bununla da biz onların daha hansı ölkələri hədəfə aldığını ifşa edə bildik. 2019-cu ildə Strasburqda keçirilən "Underground cyber economy" qapalı tədbirində həmin ölkələri məlumatlandırdıq. Eyni zamanda da Dövlət Təhlükəsizlik Xidməti (DTX) vasitəsi ilə bu məlumatların müəyyən qurum və ölkələrə ötürülməsini həyata keçirdik".
XDMX rəsmisi bildirilib ki, digər xaker qurplaşması 150-yə yaxın öləıni hədəfə alıb: "Araşdırma nəticəsində müəyyən etdik ki, həmin qruplaşmanın hədəfində 148 ölkədən 55 564 hədəf var. Bu qruplaşma Nigeriya vətəndaşlarından ibarət idi. Hazırda DTX ilə onların məsuliyyətə cəlb olunması, cinayət işinin açılması və beynəlxalq səviyyədə tanınması istiqamətində iş aparılır. Ümumiyyətlə, onu demək istəyirəm ki, Azərbaycan kiçik ölkə olsa da daim hədəfdədir".
Report
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO