Mətbuat Şurası dövlət qurumlarına müraciət etdi - Jurnalistlərlə bağlı
12-02-2020 [20:59]
Azərbaycan Mətbuat Şurası medianın 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərini və seçkidən sonra yaşanmış hadisələri cəmiyyətə çatdırmaq meyllərini müşahidə edib və etməkdədir. Qurum bu xüsusda jurnalistlərin istər fevralın 9-da müxtəlif seçki məntəqələrindəki vəziyyəti, istərsə də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının binası önündəki aksiyanı işıqlandırmalarını, bununla əlaqədar yayılmış video-görüntüləri diqqətdə saxlayıb.
Mia.az xəbər verir ki, bu barədə Şuranın yaydığı açıqlamada deyilir.
Bildirilir ki, MŞ yaşanmış mübahisələrin, anlaşılmazlıqların, gərgin durumların söz azadlığı müstəvisində dəyərləndirilərək kütləvi informasiya vasitələrinin işinin məhdudlaşdırılması kontekstinə daşınmasından, belə fikir və mülahizələrin formalaşmasına əsas verən şübhəli durumların yaranmasından narahatdır:
"Parlament seçkilərinin və onunla bağlı proseslərin işıqlandırılması fonunda narahatlıq doğuran vəziyyət yalnız Mətbuat Şurasını deyil, bütövlükdə ölkəmizin media ictimaiyyətini, jurnalist cameəsini, Azərbaycan dövlətinin müvafiq strukturlarını düşündürməlidir. Hər bir qütb üzərinə düşən missiyaya həssaslıqla yanaşmalıdır. Çünki seçki xalqın və dövlətin taleyində son dərəcə böyük əhəmiyyət daşıyan tarixi olaydır. Onu layiqincə başa çatdırmaq ölkəmizin gələcəyi, beynəlxalq miqyasdakı imici baxımından müstəsna önəm daşımaqdadır. Şura seçkinin fəaliyyət tərəflərinin, ən əsası isə cəmiyyətin hərəkətverici qüvvəsi sayılan KİV nümayəndələrinin məhz bunu rəhbər tutmalarını vacib sayır.
Azərbaycan Mətbuat Şurası jurnalistləri seçki materiallarının təqdimatına peşəkar yanaşmağa, bununla bağlı həssaslıq nümayişinə çağırır. Qurum hesab edir ki, onlar heç bir halda bu və ya digər tərəfin təmsilçisi qismində görünməməli, peşə borclarını obyektiv yerinə yetirməlidirlər. Düşünməlidirlər ki, istənilən məsələyə, o cümlədən seçkiyə peşəkar soyuqqanlılığı ilə münasibət göstərməklə onu cəmiyyətə doğru-dürüst çatdırmaq imkanları daha genişdir. 9 fevral parlament seçkilərində belə məsuliyyətli yanaşmalar az deyildi. Ancaq bır sıra hallarda ayrı-ayrı jurnalistlərin xüsusən hüquq-mühafizə orqanları əməkdaşları ilə açıq ziddiyyətlərə getdikləri, təhrikedici mövqe tutduları diqqətdən yayınmadı.
Mətbuat Şurası eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşlarını da peşə fəaliyyətlərinə daha həssas yanaşmağa çağırır. Onlar hərəkət və davranışlarının jurnalistlərə maneçilik cəhdi kimi dəyərləndirilməsinə şübhələr yaratmamalı, media üçün sərbəst iş imkanı verməlidirlər. Həmçinin KİV təmsilçilərini etiraz aksiyası iştirakçılarından ayrı tutmağı bacarmalıdırlar. Nəzərə almalıdırlar ki, bununla bağlı hər hansı qeyri-adekvat davranışda söz və ifadə azadlığının məhdudlaşdırılması, cəmiyyətin informasiya tələbatının ödənilməsinə əngəl olaraq qiymətləndirilmə ehtimalı böyükdür. O da nəzərə alınmalıdır ki, belə qiymətləndirmələrə ayrı-ayrı anti-azərbaycançı qüvvələrin məqsədli siyasi çalarlar gətirmək meylləri tendensiya halını alıb.
Azərbaycan Mətbuat Şurası sui-istifadə hallarını, jurnalistlərin hansısa prosesdə tərəf kimi çıxış etmələrini qətiyyətlə pisləyir. Şura bildirir ki, peşə borcunu yerinə yetirən jurnalistlərin kütləvi aksiyalara üzərində “PRESS” yazılmış gödəkçələrdə qatılmaları mütləqdir. Gödəkçələrdən istifadə onların aksiya iştirakçılarından fərqlənmələri, hüquq və mənafelərinin toxunulmazlığı baxımından vacib məqamdır.
Mətbuat Şurası jurnalist hüquqlarının müdafiəsinə hər zaman olduğu kimi, yenə də həssas yanaşaraq müvafiq dövlət orqanlarını KİV təmsilçiləri ilə mübahisəli durumların müşahidə edildiyinə, yaxud təzyiqlərin olduğunun bildirildiyinə dair müxtəlif internet saytlarda, sosial şəbəkələrdə yayılmış video-görüntüləri, müraciətləri obyektiv və operativ şəkildə araşdırmağa, mövcud istiqamətdə qanunamüvafiq tədbirlər görməyə çağırır".
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...