Gəncədə 59 yaşlı cibgir qadın saxlanılıb

img

01-07-2019 [17:23]


Gəncə şəhərində ictimai nəqliyyatda cibgirlik edən 59 yaşlı qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisindəki xətt avtobusunda bir qadının çantasından 32 manat nağd pulu və ümumi dəyəri 410 manat olan qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 59 yaşlı Səlminaz Həsənova saxlanılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA