Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, 4 qadın xəsarət alıb

img

11-06-2019 [17:06]


Bakı şəhəri, Zığ yolunda avtobus qəzası baş verib. 

"Report" xəbər verir ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması nəticəsində 4 qadın xəsarət alıb.

Onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıb. 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb. 

Yaralıların hər birinə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA