AFFA bir sıra klub, onların rəhbərliyi ilə futbolçularına cəza kəsdi - Qərarlar

img

14-05-2019 [16:08]


AFFA-nın İntizam Komitəsi bir sıra klub və onların rəhbər şəxslərini, həmçinin furbolçularını cəzalandırıb.

Mia.az komitənin qərarlarını təqdim edir:

***

11 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVIII turunun "Səbail” – "Keşlə” matçında  "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40). Oyunun 51-ci dəqiqəsində "Keşlə” klubunun 93 №-li futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

11 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVIII turunun "Sumqayıt” – "Qəbələ” matçında  "Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
11 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVIII turunun "Neftçi” – "Qarabağ” matçında  "Qarabağ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun "Səbail-2” – "Zirə-2” matçında "Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 28-ci dəqiqəsində "Zirə-2” klubunun 54 №-li futbolçusu Hüseyn Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun "Qarabağ-2” – "Kəpəz” matçı "Kəpəz” komandasına görə 10 dəqiqə gec başlayıb. Buna görə "Kəpəz” klubu 240 manat cərimə olunur (maddə 53.3).
10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun "Keşlə-2” – "Zaqatala” matçında "Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 69-cu dəqiqəsində "Keşlə-2” klubunun 56 №-li futbolçusu Əkbər Vəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun "Ağsu” – "Turan Tovuz” matçında "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun "Sumqayıt-2” – "Şüvəlan” matçında "Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
8 may 2019-cu il, futzal üzrə Yüksək Liqanın "Araz” – EKOL matçının 40-cı dəqiqəsində "Araz” klubunun 17 №-li futzalçısı İsa Atayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün klub 1 oyun cəzalanır (maddə 48).
8 may 2019-cu il, futzal üzrə Yüksək Liqanın "Araz” – EKOL matçının 40-cı dəqiqəsində "Araz” klubunun 17 №-li futzalçısı İsa Atayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün klub 1 oyun cəzalanır (maddə 48).
11 may 2019-cu il, futzal üzrə Yüksək Liqanın EKOL – "Araz” matçının 38-ci dəqiqəsində EKOL klubunun 7 №-li futzalçısı Ramiz Çovdarov aqressiv davranışa görə meydandan kənarlaşdırıldığı üçün klub 2 oyun cəzalanır (maddə 38.1).
12 may 2019-cu il, futzal üzrə İkinci Liqanın "Atletiko Baku” – "Təbriz” matçında "Təbriz” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).11 may 2019-cu il, Azərbaycan həvəskarlar liqasının "Fədək” – "Neftçala” matçında "Fədək” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA