İlham Zəkiyev Bakıdakı Qran-pridə finala yüksələ bilməyib

img

14-05-2019 [14:19]


Azərbaycanın 2 qat paralimpiya çempionu İlham Zəkiyev Bakıda keçirilən paracüdo üzrə Qran-pri turnirində finala yüksələ bilməyib.

"Report" xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan 39 yaşlı idmançı yarımfinalda Özbəkistan təmsilçisi Şirin Şaripova uduzub. Zəkiyev bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq. 

100 kq-da mübarizə aparan Kənan Abdullaxanlı ilk görüşdə uduzub və təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Eyni çəkidəki Kamil Ağayev isə turnirlə vidalaşıb. 90 kq-da Ramil Əliyev yarımfinalda ukraynalı Aleksandr Nazarenko, bu çəkidəki Ramin Əliyev isə təsəlliverici görüşdə yaponiyalı Haruka Hirose isə üz-üzə gələcək.

Qadınların mübarizəsində isə Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Dürsədəf Kərimova və Xatirə İsmiyeva (hər ikisi 70+ kq) birinci qarşılaşmada uduzaraq təsəlliverici görüşlərdə çıxış edəcəklər.

Qeyd edək ki, İlham Zəkiyev həm də ikiqat dünya və 7 qat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibidir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA