“Arsenal” və “Çelsi” klublarının rəsmiləri Bakıya gəldi

img

13-05-2019 [15:15]


UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici oyununa hazırlıq çərçivəsində finalçı komandaların – İngiltərənin "Arsenal” və "Çelsi” klublarının rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

Mia.az AFFA-ya istinadən xəbər verir ki, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq.

Səfər çərçivəsində final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA