Azərbaycan Kubokunun final matçının hakim təyinatları açıqlanıb

img

13-05-2019 [12:49]


Futbol üzrə Azərbaycan Kubokunun final matçının təyinatları açıqlanıb. 

"Report"un məlumatına görə, "Qəbələ" və "Sumqayıt" komandaları arasındakı həlledici qarşılaşma çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədova həvalə olunub. Ona yan xətt hakimləri Rahil Ramazanov və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Səbuhi Bayramov yerinə yetirəcək. 

Görüşdə AFFA nümayəndəsi Eldəniz Musayev olacaq. 

Qeyd edək ki, "Qəbələ" - Sumqayıt" matçı mayın 19-da Naxçıvan Muxtar Respublikasının Stadionunda olacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA