PREZİDENT HAKİMİ HƏDƏLƏDİ: "O anda silahım olsaydı, vurardım..."

img

12-05-2019 [13:01]


"Qalatasaray"ın "Çaykur Rizespor"u 3-2 məğlub etdiyi oyundan sonra oyunun baş hakiminə yönəlik etirazlar davam edir.

Mia.az xəbər verir ki, oyundan iki gün keçsə də, hələ də hakimin qərarları "Çaykur Rizespor" düşərgəsində və futbol ictimiyyətində geniş müzakirə olunur.

Klubun prezidenti Hasan Kartal isə "A Sopr" kanalında hakimləri təhqir edib, onları öldürməkdən özünü güclə saxladığını bəyan edib: "Bu tərbiyəsizlər necə uşaqlarının üzünə baxacaq? Belə şey olarmı? "Qalatasaray" klubu böyük klubdur, bizi udsun, çempion olsun, biz nə bundan. Bir qıçı qırıq hakim bizə nədən bunu edir?".

Bu sözlərdən sonra Erman Toroğlunun "Tribunada silahımı gətirin, bu hakimi vuracam" dedinizmi?, - sualına cavab verən Kartal "Silahım olsa, vurardım. Səmimi deyirəm. Yaxşı ki, yoxdur. Allah göstərməsin, adamın yanında silah olsa, bunlar adamı qatil edər".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA