AFFA klub, onların rəhbərliyi ilə futbolçularına cəza kəsdi - Təfərrüat

img

07-05-2019 [14:16]


AFFA-nın İntizam Komitəsi bir sıra klub və onların rəhbər şəxslərini, həmçinin furbolçularını cəzalandırıb.

Mia.az komitənin qərarlarını təqdim edir:

***

1 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Azərbaycan kubokunun ½ mərhələsinin cavab oyunu  olan "Qarabağ” – "Qəbələ” matçında "Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyun başa çatdıqdan sonra "Qarabağ” klubunun 8 №-li futbolçusu Markos Madera aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3). Qarşılaşmanın 75-ci dəqiqəsində "Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).
 
5 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVII turunun "Keşlə” – "Zirə” matçında  "Keşlə” klubunun 3 №-li futbolçusu Denis Silva sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
5 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVII turunun "Sumqayıt” – "Sabah” matçında  "Sumqayıt” klubunun 5, "Sabah” klubunun isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur (maddə 40).
5 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVII turunun "Qarabağ” – "Səbail” matçında "Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
4 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXV turunun "Zaqatala” – "Neftçi-2” matçında "Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 90+5-ci dəqiqəsində "Zaqatala” klubunun 2 №-li futbolçusu Sərxan Abdullayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).
Stadionda radio məlumat olmadığına görə "Zaqatala” klubu 160 manat cərimə olunur (maddə 60).
4 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXV turunun "Sabah-2” – "Qarabağ-2” matçı "Qarabağ-2” komandası üzündən 5 dəqiqə gec başladığına görə klub 240 manat cərimə olunur (maddə 53.3).
Oyunun 90-cı dəqiqəsində "Sabah-2” klubunun baş məşqçisi Vasif Haqverdiyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 62).
4 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXV turunun "Qaradağ Lökbatan” – MOİK matçında "Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
4 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXV turunun "Zirə-2” – "Sumqayıt-2” matcının 80-cı dəqiqəsində "Zirə-2” klubunun 4 №-li futbolçusu Müşfiq İlyasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
4 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXV turunun "Turan Tovuz” – "Səbail-2” matçında "Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 16-cı dəqiqəsində "Səbail-2” klubunun 36 №-li futbolçusu Hikmət Verdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunöncəsi iclasda polis iştirak etmədiyinə görə "Turan Tovuz” klubu 80 manat cərimə olunur (maddə 61.4).       
 4 may 2019-cu il, futzal üzrə Yüksək Liqanın EKOL – "Araz” matçının 29-cu dəqiqəsində "Araz” klubunun 11 №-li futbolçusu Xətai Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
3 may 2019-cu il, futzal üzrə Birinci Liqanın "Baku Fire” – "Standard” matçının 20-ci dəqiqəsində "Baku Fire” klubunun 8 №-li futzalçısı Saleh Əzizov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
3 may 2019-cu il, futzal üzrə Birinci Liqanın "Sovetski” – U-19 matçında "Sovetski” komandaı iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA