"Onu üzr istədirəcəm" hədəsinə kəskin cavab gəldi: "Beləsini analar hələ doğmadı" - Oyundan sonra qalmaqal

img

27-04-2019 [23:41]


Bu gün "Fənərbaxça" ilə "Trabzonspor" arasında keçirilən oyundan sonra baş verənlər Türkiyə gündəmində qızğın müzakirə olunur.

Mia.az xəbər verir ki, 1-1 bitən oyundan sonra fənərli qapıçı Volkan Demirelin ""Trabzonspor"un analizçisidir, tərcüməçisidir, kimdir bilmirəm, o, arxamdan gərəksiz sözlər danışır. Gəlsin məndən və klubumdan üzr istəsin. Yoxsa onu avtobusdan alıb, üzr isdədəcm. Hər kəs həddini biləcək" sözləri qarşı tərəfdə böyük etiraza səbəb olub.

İş o yerə çatıb ki, "Trabzonspor"un prezidenti Əhməd Ağaoğlu məsələyə qarışıb.

O, "A Spor"un canlı yayımına qatılaraq Volkan Demirelə kəskin cavab verib:


  "Kimsə "Trabzonspor"un avtobusundan bir adam götürməyə qalxarsa, çox fərqli durumla üzləşər. Bunu iddia edən bir özünə baxsın. Mən belə bir futbolçunu heç vaxt saxlamaram. Dərhal biletini kəsib, qovaram. Volkan kimilərin dövrü artıq qapandı. Heç kimsə "Trabzonspor"dan kimisə götürə bilməz. Hələ analar beləsini doğmadı".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA