AFFA bir sıra klub, onların rəhbərliyi ilə futbolçularına cəza kəsdi - Təfərrüat

img

23-04-2019 [13:23]


AFFA-nın İntizam Komitəsi bir sıra klub və onların rəhbər şəxslərini, həmçinin furbolçularını cəzalandırıb.

Mia.az komitənin qərarlarını təqdim edir:

18 aprel 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXV turunun "Sumqayıt” – "Səbail” matçının 58-ci dəqiqəsində "Səbail” klubunun 33 №-li futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
 
18 aprel 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXV turunun "Qarabağ” – "Keşlə” matçında  "Keşlə” klubunun baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur  (maddə 62).

19 aprel 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXV turunun "Sabah” – "Neftçi” matçında  "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
Oyunun 56-cı dəqiqəsində "Sabah” klubunun 21 №-li futbolçusu Novruz Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
16 aprel 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXIII turunun "Qaradağ Lökbatan” – "Ağsu” matçında "Qaradağ Lökbatan” və "Ağsu” klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun  64-cü dəqiqəsində "Qaradağ Lökbatan” klubunun 5 №-li futbolçusu Xəyal Əmirli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2).
16 aprel 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXIII turunun "Keşlə-2” – "Zirə-2” matçında "Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
16 aprel 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXIII turunun "Turan Tovuz” – "Şüvəlan” matçında "Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 70-cı dəqiqəsində "Turan Tovuz” klubunun 14 №-li futbolçusu Eltay Tağıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 48).
21 aprel 2019-cu il, Bakcell U-17 Liqasının "Mil-Muğan” (İmişli) – "Xəzər Lənkəran” matçının 65-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 1 №-li futbolçusu Ayaz Məmmədli hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3). Oyunun 67-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 21 №-li futbolçusu Rəvan Quluzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır  (maddə 38.1).
21 aprel 2019-cu il, Bakcell U-17 Liqasının "Zirə” – "Neftçi” İK İB matçının 63-cü dəqiqəsində "Neftçi” İK İB klubunun 10 №-li futbolçusu Vaqif Ağadadaşov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 78-ci dəqiqəsində "Zirə” klubunun 6 №-li futbolçusu Mikayıl Kərimli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
20 aprel 2019-cu il, Boulevard Hotel U-15 Liqasının "Zaqatala” – "Gəncə” TİM matçının 70-ci dəqiqəsində "Gəncə” TİM klubunun 7 №-li futbolçusu Namiq Qocayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.1). Oyunun 70+1-ci dəqiqəsində "Zaqatala” klubunun 3 №-li futbolçusu Zübair Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
20 aprel 2019-cu il, U-11 Liqasının "Leon” – "Sabah” matçının 32-ci dəqiqəsində "Leon” klubunun baş məşqçisi Rəşad Muradov və "Sabah” klubunun  baş məşqçisi Elvin Həsənov texniki zona qaydalarını pozduğlarına görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki məşqçi 1 oyun cəzalanır (maddə 62).
21 aprel 2019-cu il, U-16 qızlar Liqasının "Xırdalan City” (Bakı) – "Aran” FK (Ağcabədi) matçında "Aran” FK klubunun 5 №-li futbolçusu Gülnar Həsənova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
18 aprel 2019-cu il, U-16 qızlar Liqasının UGİM (Xaçmaz) – "Keşlə” FK (Bakı) matçında "Keşlə” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
21 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın "Bədr FK-Xocalı” – "Təbriz” matçının 11-ci dəqiqəsində "Bədr FK Xocalı” klubunun 10 №-li futbolçusu Pənah Ağayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
20 aprel 2019-cu il, futzal üzrə Birinci Liqanın  "Baku Fire” – "Abşeron” matçında "Abşeron” komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
20 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın "Gənclik” İK – "Xəzər Astara” matçında "Xəzər Astara” komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA