AFFA Region Liqasında şübhəli oyun aşkarlanıb

img

19-04-2019 [12:28]


Region Liqasında "Füzuli” və "FC Baku” komandaları arasında keçirilmiş oyunun nəticəsinin manipulyasiyası şübhəsi ilə AFFA-ya məlumat daxil olub. 

Bu barədə milli assosiasiyanın rəsmi açıqlamasında bildirilir.  Aprelin 6-da keçirilmiş qarşılaşma "FC Baku"nun qələbəsi ilə yekunlaşıb - 1:0. 

Yeganə qolu ilk hissədə Emin Mustafayev penaltidən vurub. Paytaxtdakı matçda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün iki oyunun yekununda "Füzuli" mübarizəni dayandırıb. 

AFFA Region Liqasının İşçi Qrupu daxil olmuş məlumatı araşdırmaq üçün "FC Baku"nun Qusar "Şahdağ"ı ilə aprelin 22-də nəzərdə tutulan yarımfinal görüşünü qeyri-müəyyən müddətə təxirə salıb. 

Qeyd edək ki, digər yarımfinal matçı "Uğur" (Sumqayıt) və "Araz Naxçıvan" komandaları arasında keçiriləcək/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA