"Neftçi" və "Səbail"dən qələbə - Essyen oynamadı

img

30-03-2019 [23:05]


Bu gün Topaz Premyer Liqada sonuncu dövrəyə start verilib.

Qol.az-ın məlumatına görə, 22-ci turun 2 oyundan 1-i başa çatıb, digəri başlayıb. Açılış matçında "Zirə" "Səbail"i qəbul edib və qonaq komanda son dəqiqə qolu ilə qalib gəlib  - 2:1.

"Səbail"in yeni transferi Maykl Essyen bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Digər görüşdə isə lider "Neftçi" "Keşlə"nin qonağı olub və 1:0 hesabı ilə qalib. Bu qələbə ilə xalını 48-ə yüksəldən Roberto Bordinin komandası liderliyi qoruyub.

Qeyd edək ki, 31 mart soyqırımı gününə görə turun digər iki oyunu sabah yox, aprelin 1-də (bazar ertəsi) keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA