Çempionlar Liqasının püşkü: “Barselona”, “Liverpul”, “Yuventus”, “Mançester Siti” hansı komandalarla oynayacaq?

img

15-03-2019 [15:29]


Futbol üzrə Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunmuş mərasimdə cütlərin tərkibi müəyyənləşib.

1/4 final mərhələsi:

"Ayaks” (Hollandiya) - "Yuventus” (İtaliya)

"Liverpul” (İngiltərə) - "Portu” (Portuqaliya)

"Tottenhem” (İngiltərə) - "Mançester Siti” (İngiltərə)

"Barselona” (İspaniya) - "Mançester Yunayted” (İngiltərə)

Qeyd edək ki, 1/4 finalın oyunları 9-10 və 16-17 apreldə keçiriləcək. Yarımfianl görüşləri 30 aprel–1 may və 7-8 mayda olacaq. Final matçı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Metropolitano” statdionunda baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA