14-03-2019 [16:43]
Sumqayıtın "Turan-park" istirahət mərkəzində "Azərbaycan mətbəxi. Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabının təqdimatı olub. Uzun müddət bərpası üzərində iş aparılan və Azərbaycan Milli Kulinariya Mərkəzinin himayədarlığı ilə "Elm və təhsil” nəşriyyatında yenicə işıq üzü görmüş kitab üzərində Beynəlxalq Elmlər Akademiyasının və Gürcüstan Millı Elmlər Akademiyasının həqiqi üzvü, professor Tahir Əmiraslanovun rəhbərlyi ilə əsasən kulinarlardan ibarət olan müəlliflər qrupu - Oruc Əliyev, Ağakərim Şamidzadə, Bəyim Məmmədova, Aynurə Əmiraslanova, Mübariz Quliyev işləmişlər. Kitab respublika Dövlət Turizm Agentliyinin vəsatəti ilə nəşr olunub, elmi rəy Dövlət İqtisad Universitetinin "Qida məhsulları texnologiyası" kafedrası tərəfindən verilib. Kitabda Azərbaycanın qədim mətbəx nümunələri barədə geniş və dolğun məlumatlar yer alıb.
Kitabın nəşrinə maliyyə dəstəyi göstərmiş "Turan-park" istirahət mərkəzinin rəhbəri, Qarabağ müharibəsi veteranı Mübariz Quliyev öz çıxışında hər bir xalqın mətbəxinin onun mədəniyyətinin tərkib hissəsi olduğunu qeyd edərək bildirib ki, respublikanın tanınmış kulinarlarının təqdim etdikləri bu kitab bir-neçə il davam etmiş gərgin, həm də köklü, fundamental elmi-tarixi araşdırmaların nəticəsi olaraq mühüm əhəmiyyət kəsb etməklə xalqımızın əsrlər boyunca formalaşmış mətbəx mədəniyyətindən söhbət açır.
M.Quliyev 1989-cu ildən fəaliyyət göstərən "Turan" restoranlar şəbəkəsinin öz 160 nəfərlik personalı ilə sumqayıtlılara və şəhərin qonaqlarına yüksək mədəni xidmət göstərdiyini, xarici turistlərə Azərbaycan milli mətbəxinin ən gözəl, dadlı nümunələrini təqdim etməklə həm də milli mətbəx mədəniyyətimizi təbliğ etdiyini diqqətə çatdırmış, bu xüsusda yeni çap olunmuş "Azərbaycan mətbəxi. Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabının ötən dövr xörəklərimizin bərpası, milli mətbəximizin zənginliyi ilə yanaşı onun qədimiliyinin təsdiqi sahəsində də böyük rol oynayacağını bildirmişdir ki, bu da mədəniyyətimizin müxtəlif sahələrini həyasızlıqla zəbt etməyə, milli mətbəximizi öz mənfur adlarına çıxmağa cəhd göstərən bədnam qonşulara elmi-tarixi əsaslı, tutarlı bir cavabdır.
Tədbir iştirakçılarına fəxrlə o da bildirilmişdir ki, son illərdə innovasiya amili özünü təkcə elm və texnika sahəsində deyil, həm də milli mətbəximizdə də özünü göstərir. Belə ki, hələ iki il əvvəl tanınmış sahibkar, maraqlı ideyalar müəllifi Hümbət Quliyev bilavasitə Sumqayıtın adı ilə bağlı yeni dolma növü icad etmişdir - "Sumqayıt dolması" və ya - "ikiqat dolma". "Turan"ın Hümbət Quliyev resepti üzrə hazırladığı yeni dolma növü yalnız sumqayıtlıların deyil, şəhərin qonaqlarının da tez-tez sifariş etdikləri, sevdikləri yeməklərdəndir.
Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti, professor Tahir Əmiraslanov mərasimdə çıxış edərək diqqətə çatdırıb ki, maddi və mənəvi dəyərlərin bərpasında olan çətinliklər mətbəximizdə də mövcuddur. Belə ki, bir qədim xörəyin bərpası və xidmət menyusuna daxil edilməsi üçün 3 ilə yaxın vaxt sərf olunur. Burda onu da unutmaq olmaz ki, illər keçdikcə ərzaqların da tərkibi və keyfiyyəti dəyişir.
O, "Azərbaycan mətbəxi. Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabı haqqında danışaraq qeyd etmişdir ki, kitab 3 hissədən ibarətdir. Və onun ən mühüm əhəmiyyəti, yeniliyi yeməklərin restavrasiya olunmasına həsr edilməsidir. Araşdırmalar nəticəsində dünya mətbəx mədəniyyəti tarixində ilk dəfə olaraq yemək dəsturlarının - reseptlərin bərpası mümkün olmuşdur.
Qeyd edilmişdir ki, yeni kitabda bir vaxtlar Təbrizin valisi olmuş Nadir Mirzə Qacar Bərdəlinin "Karnamə” risaləsində söhbət açılan yeməklərin bərpa olunan reseptləri oxuculara təqdim edilir. Nadir Mirzə Qacar həmin risaləni öz xanımı ilə birlikdə 1875-ci ildə yazmağa başlayaraq, 8 il sonra - 1883-cü ildə tamamlamışdı.
"Karnamə” risaləsi (Qacar dövrünün xörəklərinə dair) hələ 2013–cü ildə Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Milli Əlyazmalar İnstitutu ilə birlikdə tərcümə və nəşr edilmişdi. Lakin orada qeyd olunan 203 xörəyin bəzilərinin adı sadəcə qeyd edilmiş, lakin onların haqqında heç bir məlumat, dəsturlar (reseptlər) və ya başqa heç bir sənəd verilməmişdi. Yeni kitab indiyə qədər yazılmış toplulardan xeyli fərqlənir. Belə ki, burada risalədə verilən, lakin unudulmuş, bişirilməsi çətin olan milli mətbəx nümunələrinin son beş il ərzində tam elmi-tarixi tədqiqatlara əsaslanaraq bərpası iüzrə aparılmış böyük iş öz əksini tapmışdır. 200-dən artıq olan həmin xörəklərin dəsturları kitabın müəlliflər qrupu tərəfindən bərpa edilib və hər xörəyin müasir texnologiyalar əsasında hazırlanması üsulu tam olaraq resept şəklində göstərilib.
Kitab milli mətbəximizin yazılı abidəsinin sübutu olmaqla yanaşı, həm də restoran biznesində və ailələrdə istifadə edilə biləcək vəziyyətə salınıb. Bu isə milli mətbəxin sistemləşdirilməsi, qorunması, təbliğatı və milli mədəni irsə aid edilməsini təmin etmək istiqamətində atılan vacib addımdır.
Təqdimat mərasimində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin deputatları Qənirə Paşayeva və Adil Əliyev, respublika Dövlət Turizm Agentliyinin nümayəndələri və digərləri kitabın məziyyəti və əhəmiyyəti haqqında danışaraq, ölkəmizin mədəniyyətinin təbliği sahəsində göstərdikləri xidmətə görə müəlliflərə minnətdarlıqlarını bildirmişlər. Kİtabın Azərbaycan mətbəxinin inkişafı və qorunmasında, qədim xörəklərin bərpasında, mətbəıx mədəniyyətimizin təbliğatı sahəsində mühüm rol rol oynayacağı xüsusi olaraq qeyd edilmişdir. Gələcəkdə kitabın digər dillərə tərcüməsi də nəzərdə tutulub.
Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri, respublikanın Əməkdar Mədəniyyət işçisi Tahir Əmiraslanov və digərləri kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkür etmişlər.
Mədəniyyət və mətbuat, həmçinin şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda təqdimat iştirakçıları qacarlar dövrünün kitabda yer alan, bərpa edilmış qədim xörəklərinin reseptləri əsasında "Turan-Park” restoranlar şəbəkəsi tərəfindən hazırlanmış mətbəx nümunələrinə qonaq edilmişlər. Onlara həmçinin müəlliflərin avtoqrafı ilə "Azərbaycan mətbəxi. Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabı, milli mətbəximizlə, onun tarixi ilə bağlı məlumat xarakterli bukletlər və kitablar bağışlanılıb.
Qadir SULTANOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub