Azərbaycan millisinə 23 futbolçu çağırılacaq

img

10-03-2019 [23:57]


Azərbaycan milli komandasının Xorvatiya ilə 2020-ci il Avropa çempionatının seçmə oyunu və Litvaya qarşı keçirəcəyi yoldaşlıq görüşünə 23 futbolçu çağırılacaq.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə yığmanın baş məşqçisi Nikola Yurçeviç bildirib. Xorvatiyalı mütəxəssis dəvətlilərdən 3-nün qapıçı, 20-nin isə meydan oyunçusu olacaqlarını bildirib. 53 yaşlı mütəxəssis heyətdə bir neçə yeni oyunçunun olacağını istisna etməyib. Yurçeviç heyəti növbəti həftə ərzində - Azərbaycan Premyer Liqasının XXI turunadək açıqlayacağını da əlavə edib.

Qeyd edək ki, Azərbaycan yığması Xorvatiya ilə martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Litva ilə martın 25-də Bakıdakı "Bakcell Arena"da üz-üzə gələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA