09-01-2019 [13:48]
Şimali Kiprdə yaşayan Azərbaycanın görkəmli bəstəkarı, ictimai xadim Cavanşir Quliyev Strateq.az saytının suallarını cavablandrıb.
Cavanşir müəllimlə yaradıcılığındakı yeniliklər, qürbətdəki həyatı, xaricdə yaşayan azərbaycanlıların durumu, düşüncələri, eləcə də Azərbaycan haqqında danışılıb.
Mia.az həmin maraqlı müsahibəni oxucularımıza təqdim edir:
- Cavanşir müəllim, xəbər aldıq ki, bir müddət əvvəl Bakıda olmusunuz. Təəssüratınız necədir, kənardan və içəridən necə görünür Azərbaycan?
- Yayda oldum Bakıda. Təəssüratlar mənfidir – insanlar bədbindirlər, uşaqlarının gələcəyi barədə ümidsizdirlər, ona görə də bir çox ailə məktəb bitirmiş uşaqlarını ali təhsil almaq üçün xaricə göndərməyə çalışır. Düşünürlər ki, bəlkə uşaq orda təhsilini bitirəndən sonra özünə bir iş-zad tapıb qala bildi. Ailəlikcə, hətta sülaləcə köçüb, xaricdə özlərinə bir mini-Azərbaycan yaradanlar da var. Bu köçün acınacaqlı tərəfi də odur ki, gedənlərin əksəriyyəti ağıllı və savadlılardır, toplumun, necə deyərlər, qaymaqlarıdır.
Mən yaşadığım Şimalı Kiprdə də son illər Azərbaycandan köçüb gələn ailələrin sayı durmadan artır. Hətta uşaqlarını Azərbaycanda nənə-babalarının yanına qoyub gələnlər də var, çünki orda ailələrini dolandıra bilmirlər.
- Burada kimlərlə əlaqəniz var? Azərbaycana gələndə mədəniyyət, incəsənət, ədəbiyyat, eləcə də ölkədəki ictimai-siyasi mühitlə bağlı dostlarla müzakirələr olurmu? Necə qiymətləndirirsziniz bu sahələrdəki durumu?
- Azərbaycanla əlaqələrim heç vaxt qopmadı, hər dəfə ora gedəndə dostlarımla görüşürəm, təbii ki, müxtəlif mövzularda müzakirələr də olur. Yaradıcı əlaqələrim də davam edir – teatrlarda, kinoda, müğənnilərlə əlaqələr davam edir, yeni əsərlər yaranır. Bir sözlə, mən fiziki olaraq Azərbaycanda az oluram, amma yaradıcılıq baxımından həmişə ordayam.
- Şimali Kiprdə, Türkiyədə çoxsaylı azərbaycanlı müəllimlər, sənət adamları, həkimlər var. Əlaqəniz varmı onlarla, danışıb görüşürsünüzmü?
- Bəziləri ilə telefon əlaqəsi var, bəziləri ilə ara-sıra görüşürəm də, bəziləri ilə eyni universitetdə işləyirəm. Ara-sıra xəbərləşirik.
- Ölkədən kənarda da bir Azərbaycan toplumu formalaşır. Onların düşüncəsi, yanaşması necədir? Onlar Azərbaycanda yaşayanları qınayırlar, buradakılar da onları. Ki, çıxıb gediblər, oradan ağıl öyrədirlər...
- Doğrudur, aralarında uçurum yaranır. Buna bənzər hadisələr 100 il öncə olmadımı? Cümhuriyyət yıxılandan sonra xaricə gedən insanları burdakılar satqın, qorxaq, agent və digər pis-pis sözlərlə adlandırmadılarmı? "Qızılları götürüb qaçdılar” demədilərmi? Sadəlövhcəsinə təbliğata uyub geri dönənləri isə Sibirə sürgün etmədilərmi? Yenə də tarix təkrar olur. Dərs olmadı bizə, yenə də kəlləmiz həmin "dırmıxın sapına” dəyir! Əlbəttə, bu, çox düşündürücüdür, əslində isə kədərlidir. Məni belə ittiham edənlərə cavab verirəm ki, əgər getməyimi istəmirsənsə, onda elə et ki, mən də getmək istəməyim. Edə bilmirsənsə, danışmağın nə anlamı var? Hərəkət lazımdır, danışmaq yox.
- Ümumi gedişat bizi hara aparır, nə təklif edirsiniz?
- Siyasi-ictimai durumu nəzərdə tutursunuzsa, gedişat cəmiyyətin aktivliyinə bağlıdır – heç kim kənardan ölkəmizi istədiyimiz vəziyyətə gətirməyəcək, toplum özü bunu etməlidir. Bu yolda çətinliklər də, təbii ki, olacaq, bəlkə itkilər də oldu, fəqət dünyada bunun başqa yolu yoxdur – örnəklər də çoxdur. Əgər cəmiyyət aktiv olsa, gedişat da onun istədiyi kimi olacaq. Olmasa, onda hər şey iqtidarın istədiyi kimi olacaq.
- Ziyalılardan daha çox gözləntilər var. Yəni onlar dursunlar, danışsınlar yol göstərsinlər və s. Bu ictimai tələbat niyə ödənmir?
- Mən də hesab edirəm ki, durmalıdırlar, danışmalıdırlar, amma durmurlar, danışmırlar – deməli, ziyalı deyillər. Onları xalqın aqibəti maraqlandırmır, onlar yalnız özləri, öz işləri və öz qohumları ilə məşğuldurlar. Onlara artıq ziyalı kimi baxmayın, zatən heç vaxt onlar ziyalı olmayıblar ki... Onlardan bir şeylər ummayın, unudun onları. Ölkədə üç-beş ziyalı qalıb, vəssalam. Hər yaxşı həkim, alim, müəllim, mühəndis, şair, aktyor, rəssam, memar, bəstəkar hələ ziyalı deyil. Ziyalılıq könül keyfiyyətidir, peşə deyil.
- Öz yaradıcılığınız, Şimali Kiprdəki güzəran haqqında da danışmağınızı rica edirik. Nə yeniliklər var, necə keçir həyat?
- Mən Kiprə güzəran üçün gəlmədim – Bakıda daha çox maddi qazancım vardı. Mən buraya "mənəvi oksigen” üçün gəldim və onu burada tapdım. Çünki Azərbaycandakı basqılı mənəvi ab-hava şəraitində yaradıcılığım da zərər çəkirdi. Mənim üçün isə həyatımın ən önəmli tərəfi maddiyyat deyil, yaradıcılıqdır – Afrikada, Şimal qütbündə belə yaradıcılıq üçün mənəvi şərait olsaydı, oraya gedərdim. Təkrar edirəm, mən bura pul-para üçün gəlmədim, yaradıcılıq üçün gəldim, onu da tapdım: 3 balet, bir simfoniya, bir oratoriya, kino musiqisi, çox sayda kamera-instrumental və xor əsərləri, bir sıra Türkiyə teatr tamaşalarına musiqi, bəzi Türkiyə siyasi partiyalarının himnləri, mahnılar və digər əsərlər – bunların hamısını mən Kiprdə yazdım, Azərbaycanda yox. Planlar isə daha genişdir.
- Azərbaycana dönmək də planınızda varmı?
- Həmişə dediyim fikri yenə təkrar edirəm: hər saniyə çantamı qapıb, hava limanına qaçmağa hazıram, təki Azərbaycanda ehtiyacım olan mənəvi ab-havanı görüm.
- Sonda nə demək istəyərsiniz? İctimaiyyətə ünvanlamaq istədiyiniz bir mesajınız varmı?
- Əgər biz toplum olaraq hər birimiz öz kiçik addımlarımızı atmasaq, Azərbaycan adlanan qatar yerindən tərpənməyəcək. Anlayan anladı.
Elçin Rüstəmli
Strateq.az
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub