27-12-2018 [13:02]
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində 21 dekabr 2018-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association - CAFA) yaradılmasının bir illiyi ilə əlaqədar tədbir keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan icmasının üzvləri, yerli seçkili orqanların nümayəndələri, mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq, hər kəsi bu gözəl gün münasibətilə təşkil edilmiş tədbirdə görməkdən məmnunluğunu ifadə edib.
O, icma adından Azərbaycan xalqını və dünyada yaşayan 50 milyon azərbaycanlını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. CAFA-nın bir illiyini də qeyd etdiklərini deyən K.Məmmədova ötən bir il ərzində təşkilatın uğurlu fəaliyyətinə toxunaraq, növbəti ildə Azərbaycan icmasını gücləndirmək və Azərbaycan ilə Kaliforniya arasında ən müxtəlif sahələrdə əlaqələri daha da möhkəmləndirmək istiqamətində işləri davam etdirəcəklərini bildirib.
Azərbaycan Los Ancelesdəki Baş Konsulluğunun konsulu Orxan Rüstəmli çıxış edərək, bütün soydaşlarımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib və CAFA-ya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra çıxış edən San Dieqo-Bakı Dostluq Assosiasiyasının içraçı direktoru Martin Kruminq və Los Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendez də öz növbələrində xalqımızı bu gözəl bayram münasibətilə təbrik ediblər.
Tədbirdə həmçinin San Dieqo şəhərində və vilayətində 31 dekabrın "Azərbaycanlıların Həmrəylik Günü” elan olunmasına dair müvafiq bəyannamələr təqdim olunub.
Tədbir Azərbaycan musiqisindən nümunələr və Azərbaycan icmasının üzvü Ləman Musayevanın ifasında Azərbaycan rəqsləri ilə davam edib. Qonaqlar həmçinin San Dieqonun tanınmış azərbaycanlı kulinar-aşpazı Leyla Bayramovanın hazırladığı Azərbaycan mətbəxinin ən müxtəlif ləziz təamları ilə tanış olublar.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub