23-10-2018 [10:32]
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun apardığı monitorinqin nəticəsinə əsasən, ölkədəki müğənnilərin əksəriyyəti ifalarında ədəbi dil normalarını pozurlar.
Mia.az bildirir ki, "Report” siyahıda adları olan bir neçə müğənniyə müraciət edərək məsələ ilə bağlı onların fikirlərini öyrənib.
Əməkdar artist Abbas Bağırov "Report”a açıqlamasında adının siyahıya salınması ilə razılaşmadığını bildirib: "Mənim adımı siyahıya salan, mahnılarımda nöqsanlar tutan insanlara demək lazımdır ki, vaxtilə mən oxuduğum mahnıların 80-90 faizi 30-40 il bundan əvvəl öz sözünü demiş bəstəkarlar və şairlər tərəfindən yazılmış mahnılardır. O vaxtlar ümumiyyətlə məzəli mahnılar var idi. Həmin mahnılarda sözlərdə müəyyən şivələr də olurdu. Başa düşmürəm, artıq belə şeylərdə səhv tutmağa başlayıblar? Yəni işləri-gücləri yoxdur? Ümumiyyətlə, yəqin onların musiqidən, şeirdən anlayışları yoxdur. Musiqini dərindən qavrasınlar, yaxşı araşdırsınlar. Musiqi nədir, ona yazılan sözlər necə olmalıdır, nə kimi sözlər yazıla bilər. Oxuduğum mahnılara, yaxud ona yazılmış sözlərə irad tuta bilərlər. Desələr burada bu sözü dəyiş mən qəbul edərəm. Mən bacardığım qədər şeiri diqqətlə oxuyuram. O adamlara demək lazımdır ki, bu gün dillərində, oxumaqlarında qüsur olan o qədər adam var ki, onların heç biri siyahıya sığmaz. Onlardan danışsınlar, məni o siyahıya qatmaq lazım deyil”.
Əməkdar artist Elnarə Abdullayeva "Report”a bildirib ki, müğənnilərin bəziləri yox, hamısı bu qaydaları pozur: "İşləri gücləri guya nəsə demək, nəsə işləməkdir. Nə olacaq? Mən kiməmsə, haradan gəlmişəmsə ora da gedirəm. Kiməsə görə, xarakter dəyişən adam deyləm. Mən heykəlləşmiş bir insanam. Belə gəlib, belə də gedirəm. Dəyişmirəm”.
Müğənni İlqar Sail "Report”a açıqlamasında SSRİ zamanında rus məktəbində təhsil aldını deyib: "Mən rusdilliyəm. Dilçilərlə mübahisə etmərəm. Ola bilsin ki, bəzi sözləri dərindən bilmirəm. Səhv olanda da gərək bizə kimsə desin ki, bu belə düz deyil, bunu düzəltmək lazımdır. Belə olsa yaxşı olar”.
Mövzu ilə bağlı "Report”a açıqlama verən Aşıq Əli qeyd edib ki, əslində aşığın ləhcəsi olmasa onun şirinliyi də olmaz: "Biz bəstəkar mahnıları oxumuruq ki, sözlərə dəqiq fikir verək. Ancaq ən çətin dildə, ən çətin şeirlər də aşıqdadır. Sənəti xalqın dili ilə sevdirmişik, xalqın dili ilə də ifa etməliyik. Dilçilik İnstitutunda oturanlar tez-tez efirlərə çıxsalar, onların da qüsurlarını taparıq. Biz bütün gün efirlərdəyik deyə, həm elm adamlarının, həm jurnalistlərin qınaq obyektinə çevrilmişik”.
Xalq artisti Brilliant Dadaşova ilə əlaqə saxlamaq istəsək də telefonuna başqası cavab verdi və bununla bağlı sənətçinin prodüserləri ilə əlaqə saxlamağımızı məsləhət gördü. Prodüseri isə sənətçinin açıqlama verməsini lazımsız hesab etdiyini bildirdi.
Danışıq tərzi və musiqiləri ilə ən çox normaları pozanlardan olan Aşıq Telli Borçalının telefonunu cavablandıran şəxs isə telefonda aşğın yox, onun bacısı olduğu iddia etdi və kobud şəkildə cavab verməkdən imtina etdi.
Əməkdar artist Röya Ayxanın prodüseri isə sənətçinin xaricdə olduğunu və bu barədə danışa bilməyəcəyini bildirdi.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub