08-08-2018 [10:30]
Marbelyedə həbs edilənlər "Artyom Saratovski” ləqəbli erməni "vor zakon” Artyom Sərkisyan, habelə Laşa Barateli ("Çia”) və İrakli Pipiyadır ("İki Suxumski”). Onlar "Rövşən Lənkəranski”nin klanına daxil olan "Merab Suxumski” ləqəbli Merab Canqveladzenin adamlarıdır. "Rosbalt”ın əldə etdiyi məlumata görə, tutulanlar rəqib qruplaşmanın, yəni "Lotu Quli”nin klanının İspaniyaya getməyə və orada bu ilin iyun ayında darmadağın edilmiş mütəşəkkil qruplaşmanı yenidən təşkil edərək Avropada güc nümayiş etdirməyə hazırlaşan üzvünü aradan götürmək üçün plan qurublar.
İyun ayında İspaniyada MDB ölkələrindən olan 129 mütəşəkkil cinayətkar qruplaşma üzvü həbs edilib. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, 2010-cu ilə qədər "rus mafiyası”nın Avropa "obşakı”ına Laşa və Kaxaber Şuşanaşvili qardaşlarının klan üzvləri nəzarət edirdi. Həmin il klanın onlarla üzvü, o cümlədən Kaxa həbs edilib.
Kaxa 2016-cı ildə 10 il həbs cəzası alıb. Qardaşı isə Yunanıstanda həbs edilib, amma 2015-ci ildə azadlığa çıxıb. Bu ilin aprelində Laşanı Yunanıstanda yenidən həbs ediblər.
"Yeni Müsavat” xatırladır ki, Yunanıstanın Soloniki şəhərində keçirilən xüsusi əməliyyatda xüsusi antiterror bölməsinin 100 döyüşçüsü iştirak edib, polis vertolyotundan istifadə olunub. Yunanıstan mətbuatının məlumatına görə, polis müqavimətlə üzləşib və atəş açıb. İki nəfər yaralanıb.
Həbs olunanların evlərində axtarış zamanı Yunanıstan polisi pul, oğurlanan qiymətli bəzək əşyaları, texnika və saxta sənədlər aşkar edib. Polisin verdiyi məlumata görə, təkcə Salonikdə bu qrup 56 ev və bir neçə lombardı qarət edib. Son bir il ərzində qruplaşma tərəfindən dəyən zərər 1 milyon avrodan çoxdur.

Gürcü kriminal qruplaşması YunanıstandaLaşa Şuşanaşvilivə həbs olunanlar arasında daha bir neçə şəxsin ekstradisiyasını tələb edən Fransa prokurorluğu tərəfindən verilən Avropa orderi (EAW) əsasında həbs olunub.
56 yaşlı Laşa Şuşanaşvili postsovet məkanının "oğru dünyası”nın azadlıqda qalan az sayda liderlərindən biriydi.
Bu həbslərdən sonra isə Şuşanaşvili qardaşlarının klanı zəifləyib. Bundan sonra Avropa "obşakı”ına "Rövşən Lənkəranski”nin müttəfiqi kimi Canqveladze iddia etməyə başlayıb. Amma "Rövşən Lənkəranski”nin güllələnməsi Canqveladzeni də zəiflədib.

Məlumdur ki, ötən ilin payızında Nadir Səlifov azadlığa çıxıb və Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində nüfuzunu gücləndirib. Habelə Avropa "obşakı”ına nəzarət uğrunda mübarizəyə başlayıb. "Lotu Quli”nin "fəth etməyə” hazırlaşdığı növbəti ölkə İspaniya olub. Canqveladzenin klanı isə buna müxtəlif yollarla mane olmağa çalışıb. Lakin onun adamları İspaniyada həbs edilib.
Mərhum "Lənkəranski”nin gürcü "qanuni oğru”larla münasibəti həmişə yaxşı olub. Kriminal aləmin ən odioz fiqurlarından olan "Suxumski” 1962-ci il noyabr ayının 20-də (əqrəb bürcü) Suxumidə anadan olub. "Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildən anadan olan Levan da "Suxumski” ləqəbi ilə tanınır. Merabın kiçik qardaşı Levan da kriminal aləmin nüfuzlu şəxslərindən hesab olunur. 1975-ci ildə anadan olan Levanın da "Lənkəranski” ilə yaxşı münasibətləri olub.
"Suxumski”nin "Lənkəranski” ilə ən yaxın müttəfiq və "Ded Xasan” klanının ən qatı düşmənlərindən biri olduğu məlum həqiqətdir. Bir neçə il əvvəl Avropada Rusiya mafiyasına qarşı əməliyyatda həbs edilən "Suxumski”nin son olaraq İtaliyada məskunlaşdığı deyilirdi. Məsələ ondadır ki, Rusiya hüquq-mühafizə orqanları "Suxumski”nin vətəndaşı olduğu ölkəyə qayıtmasını hələ bir il öncə rəsmən əngəlləyiblər. Ötən ilin iyun ayında Moskva məhkəməsinin hakimi Nelli Rubçovanın sədrliyi ilə keçirilən prosesdə "Suxumski”nin Rusiya vətəndaşlığının ləğvinə baxılıb. Qərara görə, "Suxumski” özü haqqında doğru məlumat verməməsi səbəbindən vətəndaşlığına son verilib.
Rusiya KİV-ləri yazırdı ki, "Suxumski” 10 il müddətinə azadlıqdan məhrum edilən Zaxari Kalaşovdan ("Şakro”) sonra kriminal aləmdə "nömrə 1" olmaq iddiasında idi.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz