10-05-2018 [00:34]
Qoç - əvvəl başladağınız işi yarımçıq qoymayın. Problem nə qədər çətin olsa da, onu həll etməyə çalışın. İşdə münaqişə yarana bilər. Tam etibar etdiyiniz insanlardan birinin dəstəyini itirə bilərsiniz. Qəfil xərclər, maliyyə itkiləri ola bilər.
Günün ikinci yarısında sevdiyiniz insanla ciddi fikir ayrılığı riski var. Münaqişə yaranarsa, uzunmüddətli sərinləşməyə səbəb olacaq. Valideynlərlə diqqətli və həssas davranın.
Bu gün pozulacaq münasibətləri bərpa etmək asan olmayacaq.
Buğa - emosional fon əlverişli deyil. Təmkinli və səbrli olun, soyuqqanlı davranın. İşdə ciddi problemlər yarana bilər. Müşkülləri çözməsəniz, rəhbərliklə fikir ayrılıqları və ya mübahisənin ağır fəsadları olacaq.
İmtahan vermək, işə düzəlmək, potensial iş yerinin sahibi ilə görüş, işgüzar tərəfdaşlarla ciddi məsələnin müzakirəsi üçün əlverişli gün deyil.
Günün ikinci yarısında müstəqil çalışın. Yaxın ətrafınızdakı insanların fikrinizi yönləndirmələrinə, diqqətinizi dağıtmalarına imkan verməyin.
Maliyyə məsələlərində risk etməyin, şübhəli işlərə və avantüralara qatılmayın. Sevdiyiniz insanla münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Bir qədər əvvəl yaranmış problemləri unutmayın. Onları həll etməsəniz, qayıdacaqlar.
Əkizlər - bir qədər əvvəl başladığınız işi yarımçıq qoymayın. Süst və tənbəl olmayın, ətalətə qapılmayın. İşdə yeni ideyalarınzdan birini rəhbərlik bəyənməyəcək. Bu azmış kimi normada nəzərdə tutulmuş vaxtdan artıq çalışmalı olacaqsınız. İşgüzar tərəfdaşlarla münasibətlərin gərilməsi, ixtilaf və fikir ayrılıqların yaranmasının qarşısını alın. Əvvəlcədən əldə olunmuş razılaşma və anlaşmalar qüvvəsini itirə bilər.
Günün ikinci yarısında yaxınlarınızdan yardım, emosional dəstək və məsləhət gözləyirsiniz. Əvəzində isə sürəkli tənqid, iradlar eşitməli olursunuz.
Axşam saatlarında gəlir əldə edəcəksiniz. Gün ərzində yaranan problemlərin bir qismini həll edə bilərsiniz.
Xərçəng - insanlara həddən ziyadə inanmayın. Əksi olarsa, bədxahlar və rəqiblər situasiyadan maksimum dərəcədə faydalanmağa çalışacaqlar. Fırıldaqçıların məkrli tələsinə düşməyin. Maliyyə itkiləri, uğursuz sövdələşmə və anlaşmalar istisna deyil. Gəlir mənbələrinizdən birini itirə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənəcək. Yaxınlarınızla ünsiyyət zamanı həssas və qayğıkeş olun. Yeni tanışlıqlar olacaq.
Yalnız diqqətinizə layiq insanlarla əlaqələr qurun.
Axşam saatlarında aktiv istirahəti seçin.
Şir - peşəkar fəaliyyət baxımından pis gün deyil. Bir qədər səy göstərsəniz, ciddi uğurlara nail ola bilərsiniz. Qələbəyə tezliklə nail olacağınızı düşünməyin. Səbrli olun, əlverişli məqamı gözləyin. İşgüzar və şəxsi əlaqələri bərpa edin. Həmin təmasların bəziləri anlaşılmazlıq, təsadüf sayəsində pozulmuşdu.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Aktiv, enerjili olun. İdmanla məşğul olaraq əhvalınızı yaxşılaşdıra bilərsiniz.
Axşam saatlarında maraqlı tanışlıqlar olacaq.
Qız - şəxsi münasibətlər ön plana keçəcək. Məhz bu sahədə dəyişikliklər yaşanacaq, sizi işləri və planlaşdırmış məqamları unutmağa vadar edəcək. Səhər saatlarındakı proseslər sizi narahat edə bilər. Ciddi nigaranlıq üçün heç bir səbəb yoxdur.
Günün ikinci yarısında situasiyadan öz maraqlarınız üçün istifadə etməyə can atın. Planlaşdırılmamış alış-veriş və ya xərclər ola bilər.
Maliyyə fonu uğurlu deyil. İtkilər ola bilər. Sağlam məntiqli, soyuqqanlı, təmkinli olun.
Anlaşmalar, sövdələşmələr, müzakirələr zamanı tələskənlik etməyin. Bu minvalla itkiləri minimuma endirə bilərsiniz.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər yaransa da, bir müddət sonra problemlər həllini tapacaq.
Tərəzi - yeni işlərə və layihələrə başlamaq olar. Peşəkar fəaliyyət müstəvisində aktiv olun. Etibar etdiyiniz insanlar və sınanmış müttəfiqlər sizə yardım edəcəklər. Yeni tərəfdaşlar da kənarda qalmayacaqlar. Uğurlarınızı, inadkarcasına çalışmağınızı nüfuzlu insanlar görəcəklər. Maraqlı işgüzar təklif alacaqsınız.
Günün ikinci yarısı sənədləşdirmə ilə bağlı işlər, çoxdan bəri nəzərdə tutduğunuz layihə və ya səfərə hazırlıq üçün əlverişlidir. Maraqlı tanışlıqlar ola bilər. Lakin onların hər hansı biri ciddi tərəfdaşlığa və ya təmasa çevrilməyəcək.
Ailə üzvlərindən vaxtınızı əsirgəməyin. Axşam saatlarını xoş ünsiyyətə və rahat istirahətə həsr edin.
Əqrəb - ehtiyatlı olun, mənasız risk etməyin. Bu gün diqqətli və sərvaxt davranmalı olacaqsınız. İşgüzar tərəfdaşlarla münasibətlərdə sərinlik yaratmayın, təmasları gərməyin. indiyədək məhsuldar tərəfdaşlıq etdiyiniz insanlarla münaqişələr istisna deyil. Nəyin bahasına olursa-olsun öz bildiyiniz kimi davransanız, səhvlər və yanlışlıqlar çox olacaq. Səhvlərin fəsadları isə pisdir.
Günün ikinci yarısında sevdiyiniz insanlarla münasibətlərdə həssas olun. Münaqişə və qarşılıqlı inciklik riski az deyil. Şübhə və qısqanclıq üçün səbəb verməyin.
Oxatan - mühüm qərarları tələskənliklə, düşünmədən qəbul etməyin. Ətrafınızdakı insanların vurnuxması sizə də sirayət etməsin. Sürətlə dəyişən situsiyaya uyğunlaşmağa çalışın. Şikayətlərlə vaxtınızı keçirməyin.
Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Amma bədxərclik etməyin, pullarınızı yelə verməyin.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər. Yaranmış problemlərin öhdəsindən gəlməkdə yaxınlarınız sizə yardım edəcəklər. Uzun-uzadı izahatlar və artıq sözlər olmadan yardım istəyə bilərsiniz.
Oğlaq - layihələrinizə və işlərinizə şübhələnməyin. Başladığınız işləri yarımçıq qoymayın. Qətiyyətli və iradəli olsanız, önəmli uğurlara nail olacaqsınız. Danışıqlar pis keçməyəcək.
Günün ikinci yarısında aktiv olun, yeni layihəni qulaqardına vurmayın. Sizə deyilən sözləri diqqətlə dinləyin. Yaxşı gəlir əldə etmək imkanlarınız var.
Sərt tənqidlərə, eyhamlara, ikibaşlı sözlərə və tənələrə əsla fikir verməyin.
Sevdiyiniz insanla ünsiyyətdən həzz alacaqsınız. Axşam saatlarına yaxın situasiya dəyişə bilər.
Dolça - maraqlı, rahat, əlverişli gündür. Avantüralara uymayın, riskli işlərə qatılmayın. Adi və cari işlər sizə darıxdırıcı təsir bağışlasa da, onları unutmayın. Peşəkar fəaliyyət sahəsindəki tapşırıqlar və ev işlərinə məsuliyyətli yanaşma sizi bir sıra problemlərdən qurtara bilər.
Gəlirlər, irəliləyiş istisna deyil.
Günün ikinci yarısında yaşam potensialı yüksəkdir. Qüvvə və imkanlarınız artır, həyatın kiçik sevinclərini bölüşməyə tələsirsiniz. Yaxın ətrafınızdakı insanlar sizə can atırlar. Onlar aktiv və enerjili olmadıqlarından ən yaxşı məziyyətlərinizi dəyərləndirə biləcəklər.
Balıqlar - maliyyə baxımından əlverişli gündür. Əhəmiyyətli məbləğdə gəlir əldə edə bilərsiniz. Sərfəli anlaşma və ya sövdələşmə ehtimalı az deyil.
Artıq unutmağa başladığınız borclardan birini qaytaracaqlar.
Peşəkar fəaliyyət müstəvisində uğurlar o qədər də çox deyil. Narahat olmayın - bu gün nail olduğunuz qələbələr sizi qarşıda gözləyən zəfər yolunun ilk mərhələsidir.
Günün ikinci yarısında yeni romantik təmaslar qurmağa tələsməyin. Axşam saatları xoş dəqiqələr bəxş edəcək.
Milli.az
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir