17-02-2018 [16:27]
Bu gün Sumqayıt Poeziya evində virtual məkan istifadəçilərinin çoxdan gözlədiyi "Statusman” kitabının təqdimatı keçirildi.
Bu haqda kitabın redaktoru Vüsal Hətəmov xeberlent.az saytına bildirdi ki, əsasən, müdrik sözlər, hekayə və esselərlə ehtiva olunan "Statusman” kitabı ideya cəhətdən dünyada İLK sayıla bilər.
Qeyd edək ki, kitabın müəllifi ixtisasca göz həkimi olan, yazar-publisist Hümbət Quliyevdir. Kitab uzun müddətdir ki, sosial şəbəkədə Hümbət Quliyevin statuslarını izləyən sosial şəbəkə istifadəçilərinin arzusu idi.
Yazarın fikirlərində həyata, insana, ictimai münasibətlərə ümumilikdə fəlsəfi, eyni zamanda güclü bir pozitiv-optimist yanaşma var. Kitabın ideya cəhətdən bir özəllliyi də var: Sosial şəbəkə istifadəçiləri tərəfindən böyük zövqlə oxunan statusların print-kitab formatında ərsəyə gəlməsi digər yazar-"statusman”lara da stimul verəcək.
Qeyd edək ki, müəllifin dili çox sadədir. Eyni zamanda maraqlı ibarələrlə ifadə olunub. Statuslarda bol-bol həyat sevgisi, pozitiv ruh, optimizm, gündəlik həyatın ən xırda elementlərindən böyük estetik zövq alma həvəsi var. Müəllif statuslarında estetika, pedaqogika, etika, dilçilik, sosiologiya, psixologiya, fəlsəfə, təbabət, ekologiya, ailə dəyərləri və sair bu kimi vacib mövzulara toxunur. Vətənpərvərlik, xalqsevərlik, azərbaycançılıq hisslərinə köklənmiş statuslar isə kitaba xüsusi dəyər bəxş edir.
Məlumat üçün qeyd edək ki, ixtisasca göz həkimi olan Quliyev Hümbət Həsən oğlu Moskva vilayəti, Noqinsk şəhəri, Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında həkim, baş həkim, Leninqrad Hərbi-tibbi Akademiyasının göz xəstəlikləri kafedrasında həkim, Almaniyanın Toypits şəhərində, Sovet Hərbi Hospitalında göz xəstəlikləri şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan ikinci ixtisas kimi Berlin biznes məktəbini bitirən Doktor Hümbət Quliyev uzun illər Sumqayıt Biznes Mərkəzinin təsisçisi və prezidenti olub.
Hümbət Quliyev Türkiyə, İspaniya, ABŞ, Braziliya, Rusiya, Qazaxıstan və digər ölkələrdə sahibkarlığın müxtəlif problemlərinə həsr olunmuş tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir.
Tədbirdə şair-yazarlar, ictimai xadimlər, jurnalistlər və QHT fəalları iştirak etdilər.![]()
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir