Avropa Liqası: Milan, "Arsenal", "Marsel" inamlı qələbə qazandı... - Bütün nəticələr

img

16-02-2018 [09:08]


Avropa Liqasında 1/16 final həyəcanı davam edir.

Bu gün mərhələnin ilk oyunları çərçivəsində daha 15 görüş keçirilib.

London  "Arsenal"ı İsveçdə "Ostersund"a, "Milan" isə "Ludoqorets"lə səfər qarşılaşmasında böyükhesablı qələbə qazanıb. 

Dortmund "Borussiya"sı öz meydanında "Atalanta"nı sınağa çəkib. 5 qolun vurulduğu gərgin görüşdə meydan sahiblərini qələbəni bayram edib - 3:2. 

Bu mövsüm "Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş "Kopenhagen”lə "Atletiko”nun dueli də maraqla gözlənilir. Danimarkalılar pley-offda Ağdam təmsilçisinə təslim olmuşdusa, Madrid təmsilçisi qrupda keçirdiyi hər iki görüşdə heç-heçə (0:0, 1:1) etmişdi.

1/16 final mərhələsi, ilk oyunlar:

"Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya) 1:3
Qollar: 
Tomasov, 7 (1:0), Fernandes, 48-pen (1:1), Martins, 50 (1:2), Dumbiya, 55 (1:3)

"Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya) 3:2
Qollar: 
Şürle. 31 (1:0), İliçiç, 51 (1:1); 56 (1:2), Batşuayi, 65 (2:2); 90+1 (3:2)

"Ludoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya) 0:3
Qollar: 
Kutrone, 45, Rodrigez, 62-pen, Borini, 90+2

"Marsel" (Fransa) - "Braqa" (Portuqaliya) 3:0
Qollar: 
Germain, 4; 69, Thauvin, 74

"Nitsa" (Fransa) - "Lokomotiv" (Rusiya) 2:3
Qollar: 
Balotelli, 4 (1:0); 28-pen (2:0), Fernandes, 45-pen (2:1); 69; 77

"Ostersund" (İsveç) - "Arsenal" (İngiltərə) 0:3
Qollar: 
Monreal, 13, Papaqiannopoulos, 24-avtoqol, Özil, 58 

"Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya) 2:2
Qollar: 
Oyarzabal, 27-pen (0:1), Odriozola, 63 (1:1), Yanuzay, 80 (2:1), Minamino, 90+4 (2:2)

"Spartak" (Moskva, Rusiya) - "Atletik" (İspaniya) 1:3
Qollar: 
Aduriz, 22 (0:1); 39 (0:2), Riko, 45+1 (0:3), Adriano, 61 (1:3) 

Qol.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA