“Pxençan-2018” Qış Olimpiya Oyunları sona çatdı - Bu gün bağlanış mərasimi olacaq

img

25-02-2018 [15:22]


Cənubi Koreyanın Pxençan şəhərində fevralın 9-da start götürən Qış Olimpiya Oyunları başa çatmaq üzrədir. Bu gün dörd final qarşılaşması ilə Oyunlara yekun vurulacaq.

Pxençan Olimpiadasının bağlanış mərasimi yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 15:00) başlayacaq və təxminən 2 saat 30 dəqiqə davam edəcək. Təşkilatçılar milli mədəniyyətin mühüm yer tutacağı baxımlı və effektli şou təqdim etməyə çalışdıqlarını bildirirlər. Bağlanış mərasiminin gedişində Pxençan şəhərinin meri Olimpiya məşəlini növbəti Qış Olimpiya Oyunlarının paytaxtı Pekin şəhərinin merinə ötürəcək.

Xatırladaq ki, Oyunların sonuncu günü ərəfəsində medal sıralamasına görə Norveç idmançıları birinci yerdədir (13 qızıl, 14 gümüş, 11 bürünc). İkinci yerdə Almaniya (13-8-7), üçüncü pillədə Kanada (11-8-10) komandaları qərarlaşıb/Azərtac

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA