25-01-2018 [00:28]
Qoç - çətin problemləri həll etmək üçün qeyri-formal şəraitdə danışıqlar aparmaq olar. Əməkdaşlığın yeni yolları, biznesin genişləndirilməsi və ya yeni müştərilərin axtarılması üçün təhlillərə zərurət duyulur. Tərəfdaş, şərik sizi dinləməyə hazırdır.
Günün ikinci yarısında mövqeyinizi açıqlamaqdan çəkinməyin. Qısamüddətli səyahət pis alınmayacaq. Yaxınlarınızın qeydinə qalın.
Sevdiyiniz insanla münasibətləri yaxşılaşdırın. Ailə üzvləri ilə qarşılıqlı anlaşmaya nail olun. Axşam saatlarında dostlarla görüş istisna deyil.
Buğa - günün ilk yarısında işlərə başlamaq asan olmasa da, panikaya düşməyin. Sizi prosesdən yayındıra biləcək amillərin təsirlərini azaltmağa yönəlmiş addımlar atın. Saatlar keçdikcə əhvalınız yaxşılaşacaq. Apatiya, ətaləti qət edin. Mənfi şərtlərə rəğmən irəliləməyə can atın.
Günün ikinci yarısı alış-veriş üçün münasibdir. Çox pul xərcləməyin.
Yaxınlarınızla münasibətlərin sərinləşməsinə əsla imkan verməyin. Onların işlərinin gedişatı ilə maraqlanın. Axşam saatlarında sevdiyiniz işlərlə məşğul olun. Subaysınızsa, tale üzünüzə güləcək.
Əkizlər - cari işləri yarımçıq qoymayın. Fikriniz dağınıq olarsa, problemlər sürətlə artacaq. Təmkinli olun, səbrli davranın. Nikbin, enerjili olun.
Rutin məsələlərin həllini ertələməyin.
Günün ikinci yarısında evdən çox uzaqda olmayın. Dostlar və yaxınlarınızın təkliflərini nəzərə alın. Sevdiyiniz insanla axşam saatlarında romantik anlar ruhunuzu dirçəldəcək. Pəhrizə, zərərli vərdişlərlə mübarizəyə başlamaq olar.
Xərçəng - rutin, gündəlik qayğılarla həmişəki işlər sizə bezdirici və cansıxıcı təsir bağışlaya bilər. Amma problemləri aradan qaldıranda təxəyyülü işə salsanız, ciddi irəliləyişlərə nail ola bilərsiniz. Bütün işlərə eyni vaxtda başlamayın.
Günün ikinci yarısında fəaliyyət sahəsində irəliləyiş şansları artacaq. İmkanların sayı az deyil. Buna rəğmən ən mühüm saydığınız istiqaməti seçin və bu sahədə çalışın.
Mövqeyinizi var qüvvənizlə müdafiə etməyə can atmayın. Ən yaxın insanlarınızda belə, sizdən fərqli mövqelər var. Gərəksiz mübahisələrə, fikir ayrılıqlarına ehtiyac yoxdur.
Şir - bundan sonra nə edəcəyinizi düşünün. Fəaliyyətinizdə kənar amillərin təsiri nəticəsində ləngimələr və gecikmələr ola bilər. Yeni məlumatın alınmasında çətinliklər yaranacaq. Hansısa layihəyə başlamazdan əvvəl təfərrüatları, detalları nəzərdən keçirin.
Günün ikinci yarısı işgüzar əlaqələrin genişləndirilməsi, tərəfdaş və şəriklərlə danışıqlar, kommersiya layihəsinin həyata keçirilməsi istiqamətində konkret addımlar atmaq üçün münasib zamandır.
Nikbin əhvalınız işlərinizlə yanaşı, şəxsi münasibətlərinizə də təsir edəcək. Özəl həyatınızın bəzi gizlinlərini hətta ən yaxın dostlarınızla belə, bölüşməyin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Qız - başlayacağınız işə hazırlıq səviyyəsi uğurunuzu müəyyənləşdirəcək. Yalnız səbatlı qərarlar verin. Fikirləriniz illüziyalarla əvəzlənməsin. İşlərin qaydasında olmasını istəyirsinizsə, emosional addımlar atmayın. Qüvvənizə və imkanlarınıza güvənin.
Günün ikinci yarısında yaxınlarınızla dostlarınız barədə şayiələrə inanmayın. Sözləriniz haqqında danışılan insana çata bilər. Naqolay duruma düşərək müdafiə olunmağa çalışmayın.
Tərəzi - səhər saatları təhlil və analiz üçün pis deyil. Mühüm işi ertələməyin. Yaxın perspektivdə görüləcək işlərin siyahısını hazırlayın. Ağır, habelə maliyyə vəsaiti tələb edən işlərdən bəzilərini heç bir problem olmadan ertələmək olar.
Günün ikinci yarısında diqqətli olun.
Yaxınlarınızla məsləhətləşin, birgə fəaliyyəti planlaşdırın. Axşam saatları istirahət və əyləncə üçün münasibdir.
Sevdiyiniz insana xoş anlar bəxş etməyə çalışın.
Əqrəb - səbrli, təmkinli olun. Yetərincə mürəkkəb situasiyadan çıxış yolunu asanlıqla tapa bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan birinin barənizdə mənfi düşündüyünü dərd etməyin. Kimsəyə fikir vermədən yolunuzla irəliləyin.
Günün ikinci yarısında mənfi anlar pozitiv situasiyaya çevrilə bilər.
Dostlarınız və ya yaxınlarınızdan biri ilə bağlı mənfi fikirlər sizi təbdən çıxara bilər. Sevdiyiniz insanın soyuq münasibətindən inciməyin. Diqqət istəmək üçün diqqətli olmaq gərəkdir.
Axşam saatlarını əyləncəyə həsr edin.
Oxatan - özünüzə və qüvvələrinizə həddən artıq güvənməyin. Təşəxxüslü davranış uğursuzluqlara səbəb ola bilər. İnadkarlıq etsəniz, başqalarının mövqelərini nəzərə almasanız, münaqişəyə səbəb olacaqsınız.
Günün ikinci yarısı ən müxtəlif işlərin həyata keçirilməsi istiqamətində yaxşı potensial vəd edir.
Sevdiyiniz insanla alicənab, qayğıkeş olun. Münasibətləri araşdırmayın, ötənlərdə yaşanmış olayları çözələyərək ortamı gərginləşdirməyin.
Axşam saatlarına yaxın yeni layihəni reallaşdırmağa başlaya bilərsiniz.
Oğlaq - ailə qayğıları və məişət problemlərini günün ilk yarısında çözün ki, sonradan vaxt çatışmazlığı ilə qarşılaşmayasınız. Diqqətli olun. İşlərdə uğur qazanmaq üçün tapşırıq və ya sifarişin detallarına tam bələd olmalısınız. Yüksək səviyyəli peşəkar olduğunuzu göstərin.
Günün ikinci yarısında situasiya adi günlərdən ağır, qarışıq təsir bağışlaya bilər. Əməkdaşlıq etdiyiniz insanla danışın, suallarınıza cavab almağa çalışın. Etibar, etimad önəmli məqamlardır.
Axşam saatlarını sakit məşğuliyyətə, istirahətə həsr edin.
Dolça - nə istədiyinizi dəqiqləşdirməyə, məqsəd və hədəfləri konkretləşdirməyə çalışın. Problemlərin həllinə rasional yanaşma, konkret və praktik addımlar gərəkdir. Spontan yaranan problemlər əhvalınızı korlamamalıdır. Əsəblərinizi tarıma çəkəcək insandan uzaq olun.
Günün ikinci yarısında sözlərinizə fikir verin. Ehtiyatsızlıq, kobudluq və ya qabalıq yaxınlarınızı incidə bilər. Onlar bu olayı unutmayacaqlar və bir müddət sonra sizə xatırladacaqlar.
Balıqlar - günün ilk yarısında ən sadə, primitiv məsələlər sizi yora bilər. İşi düşünün, fikrinizi mənasız və aktual olmayan məsələlərə yönəltməyin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə hiyləgərliyə meylli olmayın. İntriqaların ömrü çox qısa olacaq.
Günün ikinci yarısı daha uğurludur. Adi ev işlərini yaxınlarınızla birlikdə yerinə yetirin. Verilən məsləhətlərdən faydalanın. Aşkar məqamları görün, situasiyadakı dəyişiklikləri sezin. Başqasının sözlərinə qulaq asmaqda, fərqli mövqelərdən hali olmaqda xeyir var
Milli.az
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
Ağdam şəhərinə 308 nəfər köçürülüb
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL