26-12-2017 [17:56]
Bu gün yazıçı-publisist Yunus Oğuzun yeni nəşr olunan "Atabəy Eldəniz” tarixi romanının təqdimatı keçirilib.
Təqdimatda millət vəkili, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan yazıçı, jurnalist Rəşad Məcid kitabın əhəmiyyəti haqqında danışıb və kitabın tariximizin öyrənilməsi üçün mühüm vəsait olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, Y.Oğuz Azərbaycanda tarixi romanşünaslığı zənginləşdirir. N.Cəforov qeyd edib ki, müstəqil Azərbaycanda tarixi romandan danışanda Y.Oğuz birincidir: "Yunus Oğuz həm tarixi, həm tarixin fəlsəfəsini, həm dili yaxşı bilir, romanlarını hər kəsin aydın başa düşəcəyi üslubda təqdim edir. Yunus Oğuzun romanları Azərbaycan tarixini demək olar ki, bütövlükdə əhatə edir”.
Deputat qeyd edib ki, "Atabəy Eldəniz” romanı gənc tarixçilər, siyasətçilər üçün çox zəngin materialdır və burada bütün məsələlər araşdırılıb ətraflı şəkildə təqdim olunub.
Daha sonra çıxış edən xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Y.Oğuz tariximizin ən parlaq səhifələrindən biri olan milli xalq hərəkatında fəal iştirak edib. O qeyd edib ki, Y.Oğuz həmişə öz fəallığı ilə seçilib. Onun sözlərinə görə, Y.Oğuz bu romanda öz mövqeyini ortaya qoyub: "Bu roman Yunus Oğuzun öz baxışları, araşdırmaları nəticəsində ərsəyə gəlib. Tarixi romanları yazmaq üçün tarixi, onun fəlsəfəsini yaxşı bilmək lazımdır. Yunus Oğuz tarixi yaxşı bildiyi üçün onun əsərləri tarixi romanlar içərisində seçilir".
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva da romanın əhəmiyyətindən danışaraq bu əsərin xaricdə təbliğatının vacibliyini bildirib. Q.Paşayeva romanın gənc nəsillər üçün vacib əhəmiyyətini qeyd edib.
Digər iştirakçılar da romanın tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Əsərin müəllifi Y.Oğuz vurğulayıb ki, "Atabəy Eldəniz” tarixi romanı onun 2017-ci ildə yazdığı ikinci romanıdır. O qeyd edib ki, roman Azərbaycan tarixinin çox qaranlıq və keşməkeşli bir dövrünü əhatə edir: "Roman 1136-cı ildən 1225-ci ilə qədər dövrü əhatə edən Azərbaycan Atabəylər dövlətinin yaradılması və onun fəaliyyəti haqqındadır”.
Y.Oğuz qeyd edib ki, romanda o dövrün təlatümləri, keşməkeşləri, atabəylərlə terrorçu xaşxaşilərin mübarizəsi əhatə edilir/Trend.

Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR