07-12-2017 [09:03]
Qoç - ürəyinizə pis şeylər damacaq. Təəssüf ki, onlar tam əsassız deyillər. Bu gün çoxlu çətinliklər gözlənilir. Hər şeyin öhdəsindən gəlmək olar. Lakin problemləri bir-birinin ardınca fasiləsiz həll etmək çox yorucudur. Üstəlik, bel bağlayası heç kiminizin yoxdur. Yalnız öz gücünüzə arxalanmalısınız.
Bu gün bütün sahələrdə özünüzü təkmilləşdirmək üçün əlverişlidir. İmicinizlə bağlı eksperimentlər edin, xarici dil öyrənin, xarakterinizin tərəflərini üzə çıxarın və s. Ulduzlar həyatına yenilik gətirmək istəyənləri dəstəkləyəcək.
Buğa - lakin planlarınızı yalnız etimadınızı qazanan insanlarla bölüşün. Çünki başqalarının ideyalarını özününküləşdirməyə hazır olan adamların sayı olduqca çoxdur.
Günün emosional fonu əsl "qış" stabilliyi ilə fərqlənir. Hətta ən impulslu adamlar da bu gün həmişəkindən daha çox sakit və soyuqqanlıdırlar.
Əkizlər - siz bu çətin gündə qarşısına qoyduğu məqsədlərə çata bilən azsaylılara aidsiniz. Hər şey sizin inadkarlığınızdan asılıdır. Hamının və hər şeyin əleyhinizə olduğu bir vaxtda da təslim olmursunuz. Bu, effektli taktikadır. Lakin bununla özünüzə düşmən qazanmaq riskinə gedirsiniz.
Yaxınlarınızla istənilən söhbəti ciddi tonda aparmaq lazımdır. Bu gün zarafatların düzgün başa düşülməyəcəyi ehtimalı var. Pul üstündə mübahisələr istina olunmur. Bu məsələdə bir qədər güzəştə getmək pis olmaz.
Xərçəng - pis gün deyil. Yalnız hadisələrin yavaş inkişafı müəyyən əsəbilik yaradır. Lakin günün ortasında sakit ritmə uyğunlaşacaqsınız. Bundan başqa, bu gün olduqca səbrli və təmkinli olacaqsınız. Bu isə o deməkdir ki, istənilən çətin məsələləri müzakirə etmək olar. Günün ikinci yarısı alqı-satqı üçün münasibdir.
Xarakterindən asılı olmayaraq, bütün görüşləri günün ortasına təyin etməyə çalışın. Məhz həmin vaxt həmsöhbətinizlə dil apmaq asan olacaq.
Şir - ulduzlar hələ də sizin tərəfinizdədirlər. Dünən çatdıra bilmədiyiniz işləri bu gün müvəffəqiyyətlə başa vura bilərsiniz. Bundan başqa, gün işgüzar təmaslar, əməkdaşlığın müzakirəsi üçün münasibdir. Siz hər şeydə haqlı olduğunuza istənilən həmsöhbətinizi inandırmağa qadirsiniz. Hətta ən inadcıl opponent də bu gün fikrinizi dinləyəcək.
Gün ərzində böyük uğurlar qazanacaqsınız. Ona görə də əla əhval-ruhiyyə və sərhədsiz nikbinliyinizə təəccüblənməyə dəyməz. Yeni tanışlıqlar mümkündür. Təşəbbüsləri ehtiyatla irəli sürün. O, qərarsız və fəallığı az olan insanları qorxuda bilər.
Qız - Çətin vəziyyətdən qalib kimi, yalnız çətinliklərdən qorxmayan və açılmayan qapını dəfələrlə döyməyə hazır olan adamlar çıxa biləcəklər. İstənilən məqsədə çatmaq üçün böyük enerji sərfi tələb olunur. Yalnız həyat potensialının yüksək olması sayəsində səhhətlə bağlı problemlərdən yayınmaq mümkündür.
Gün istirahət, yaxınlarla ünsiyyət, qeyri-formal dost məclisləri üçün münasibdir.
Tərəzi - əla gündür. O, nüfuzlu şəxslərlə görüşlər üçün münasibdir. Siz özünüzü yaxşı tərəfdən göstərə, qabiliyyətinizi nümayiş etdirə və rəqiblərinizi kölgədə qoya bilərsiniz. Maraqlı təkliflər alacaqsınız. Onları heç bir qorxu və şübhə olmadan qəbul edə bilərsiniz. Potensial işverən, tərəf müqabili və müştəri ilə görüşlər üçün əlverişli gündür.
İdeyalarınız dəstək və təqdirlə qarşılanacaq, yardım üçün təkrar xahiş etməyə ehtiyac qalmayacaq. Xoş sürprizlər, hədiyyələr mümkündür. Həyat potensialınız yüksək səviyyədə olacaq.
Əqrəb - Hətta kimsə özündə bir balaca əmək entuziazmı tapsa belə, təkbaşına hünər göstərməli olacaq. Bu isə uğur şanslarını əhəmiyyətli dərəcədə azaldır. Enerjili həmfikir tapmaq ehtimalı isə yox dərəcəsindədir.
Bekarlığa meyllilik şəxsi həyata da təsir edəcək. Bu günə təyin olunmuş görüşlər boş səbəblər üzündən təxirə salınacaq, təşəbbüslər isə soyuq qarşılanacaq. Əvəzində axınla getmək və bekarlıqdan həzz almaq olar.
Oxatan - əvvəllər başladığınız bütün layihələri başa çatdırmağa çalışın. Qarşıdakı günlər çətin olacaq və əlverişsiz mərhələyə yarımçıq işlər və həll olunmamış məsələlərlə daxil olmaq məsələhət deyil. Bu gün nüfuzlu şəxslərlə istənilən təmaslar üçün münasibdir. Hüquqi məsələlərin həlli, sənədləşmə işləri ilə məşğul olmaq mümkündür. Dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər məhsuldar olacaq.
Əhval-ruhiyyəniz o qədər yaxşı olmayacaq. İntuisiyanız tezliklə problemlərin yaranacağından xəbər verir və bu, təlaş yaradır. Lakin ətrafınızda sizi şənləndirməyə, ruhlandırmağa çalışan insanlar tapılacaq.
Oğlaq - fürsət gözləmək və hərəkətsiz dayanmaq lazım gələcək. Bu, sizə əzab versə də, bununla barışmalı olacaqsınız. İşgüzar aktivliyin aşağı olması bu gün sizin üçün vacib işləri həll edilməmiş qoyacaq. Bu, ciddi əsəbilik yaradacaq, əhvalınız korlanacaq.
Yaxınlarınızdan pis sürpriz gələcək. Sən demə, sizin uzun müddətdir fikrinizdə tutduğunuz və böyük ümidlər bəslədiyiniz planlar onların ürəyincə deyil. Bəzi Oğlaqlar bu günə nəzərdə tutulan səfərlərdən və digər əyləncələrdən imtina etməli olacaqlar. Maddi itkilər də istisna deyil.
Dolça - bu gün illüziyalar, nəticəsiz ümidlərlə yadda qalacaq. Yalan vədlər veriləcək, kimsə sizi aldatmağa çalışacaq. Hər şeyə inanmayın, eşitdiyiniz sözlərə tənqidi yanaşın. Əgər taleyin zərbələrinə hazır olsanız, onları vaxtında dəf etmək şanslarınız artacaq. Yalnız öz gücünüzə arxalanın.
Şəxsi münasibətlərdəki gərginlik narahatlığa səbəb olur, elə hiss yaranır ki, sizi aldadırlar. Açıq münaqişələr gözlənilmir. Hamı susqun narazılıqla, gizli eyhamlarla kifayətlənəcək.
Balıqlar - səbrinizi toplayın. Əlverişli mərhələ yaxındır. Lakin təəssüf ki, o, bu gün başlamayacaq. Hələlik isə maneələri aşmalı, bədxahlarınızla mübarizə aparmalı olacaqsınız. İşdə həmkarlarınızla fikir ayrılıqları döyüş ruhunuzu bir qədər azaldacaq. Belə bir "dəstək qrupu" ilə nəyəsə nail olmağın mümkünlüyündən şübhələnməyə başlayacaqsınız.
Ailə problemləri mümkündür. Onlar mülk və maliyyə ilə bağlı olacaq. Çalışın bu məsələlərdən heç birini diqqətdən kənarda qoymayasınız.
milli.az
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır