02-11-2017 [00:23]
Qoç - möhtəşəm gün sayılmaz, amma cari məsələlərin həlli, şəxsi həyatın qaydaya salınması üçün münasibdir. Başqalarının da işinə əncam çəkə bilərsiniz: ətrafınızdakılara böyük yardım etmək, həmçinin onlara xoş təsir bağışlamaq imkanınız var.
Risk etmək, oyun oynamaq, ekstremal idman növləri ilə məşğul olmaq məsləhət deyil. Əgər sükan arxasındasınızsa, günün ikinci yarısı çox ehtiyatlı olun. Əl işləri, mətbəxdə eksperimentlər - ümumiyyətlə, "qadın" işləri, mənəvi rahatlıq tapmanıza yardımçı olacaq.
Buğa - çox xoş gündür. Ürəyiniz yatan işlə məşğul olun: uğur qazanacaqsınız. Kommersiya fəaliyyətində, üstəlik sizinçün tamamilə yeni olan bir sahədə bəxtiniz gətirə bilər. Sizin istedadlarınız və şəxsi keyfiyyətlərinizlə qürur duyanların sayı artır. Yeni bir eşq macərasının başlanması mümkündür.
Bu gün yaranan məsələlərin üstündə çox baş sındırmayacaqsınız. İntuisiyanız çox güclüdür və düzgün cavabları sizə vaxtında deyir. Uşaqlarla ünsiyyət faydalı olacaq.
Əkizlər - bu gün sizin üçün çətin və yorucu olacaq. İşləriniz çoxdur, birini atıb, o birini görməli olursunuz. Diqqətinizi cəmləmək çətindir. Ancaq siz mənfi tendensiyaların təzyiqinə müqavimət göstərirsiniz. Afərin! Günün sonunadək işləriniz düzələcək.
Alış-verişə çıxa bilərsiniz, amma yalnız sizə gərəkli əşyaları alın. Şoppinqdən əhvalınızı qaldırmaq vasitəsi kimi istifadə etməyin. Təmaslarınızı məhdudlaşdırın, kim xoşunuza gəlirsə, yalnız onunla ünsiyyət saxlayın.
Xərçəng - həftə gözəl bir günlə başlayır. Şəxsi həyatınızı qura, işdə əla nəticələrə nail ola, dünyagörüşünüzü genişləndirə və özünüz üçün yeni imkanlar yarada bilərsiniz. Biznesə pul qoya bilərsiniz, bu, sizdə çox yaxşı alınır.
Gün işgüzar görüşlər üçün əladır. Siz ən qaraqabaq, şıltaq və niyyətləri bəlli olmayan biriylə də razılaşma əldə edə bilərsiniz. Çoxdankı problemlərinizi həll edir, mübahisələrə son qoyan güzəştli variantlar tapırsınız.
Şir - müsbət tendensiyaların güclü təsiri nəticəsində gün hərtərəfli uğurlu və qeyri-adi olacaq. Maraqlı ideyalarınız var, üstəlik sizə kömək edəcək insanları da tez tapırsınız. Müştərək və təşkilati işlərin həlli üçün münasib gündür. Rəhbər Şirlər yeni, əla işçilər tapacaqlar.
Müsbət emosiyalar çoxluq təşkil edəcək, əhvalınız əla olacaq, bir dəqiqə də olsun, mənəvi rahatlığınızı itirməyəcəksiniz. Bu gün çox cazibədarsınız, bu səbəbdən yeni tanışlarınızın sayı artacaq.
Qız - ciddi problemləriniz olmasa da, bu gün xoşunuza gəlməyəcək. Mübahisə və fikir ayrılıqları həddən artıq çoxdur. Bəzən kimin haqlı, kimin haqsız olduğuna qərar verməkdə çətinlik çəkəcəksiniz. Baş verənlərə çox sərt reaksiya verirsiniz. Hətta olanları götür-qoy etmək üçün özünüzə vaxt da vermirsiniz. Bir qədər tempi azaltsanız, işləri düzəldə bilərsiniz.
Dostlarınız və qohumlarınızla münaqişələr mümkündür. Öz mövqeyinizi, nöqteyi-nəzərinizi elə qızğın müdafiə edirsiniz ki, həmsöhbətlərinizin nə dediyini eşitmirsiniz. Amma hələlik hər şeyi zarafata çevirmək şansınız var.
Tərəzi - neytral gündür. Siz tələsməməlisiniz. Azacıq tələssəniz, işləri tamamilə və uzun müddətə korlaya bilərsiniz. Tərəfdaşlarınızla münaqişələr mümkündür. Elə bir səhv edə bilərsiniz ki, sizə kömək və himayə vəd etmiş adam sizdən üz döndərə bilər. Maliyyə vəziyyətiniz yaxşıdır, əlinizə pul gələcək.
Orqanizminizi çətinə salmasanız, səhhətinizdən şikayətiniz olmayacaq. İfrata yol verməyin, sağlam qidalardan istifadə edin.
Əqrəb - bu gün sizin üçün uğurludur. Həmçinin o, yaxşı bir mərhələnin başlanğıcıdır. Siz yaxşı nəticələr əldə edə bilərsiniz, hər şey sizin zəhmətsevərliyiniz və entuziazmınızdan asılıdır. Maraqlı iş təklifləri almağınız mümkündür. Ola bilsin ki, fəaliyyət sahənizi tamamilə dəyişəsiniz. Doğrudan da, diqqətinizi çəkəcək bir iş tapa bilərsiniz.
Enerjiniz çoxdur, bu, həm səhhətinizdə, həm də əhvalınızda özünü göstərəcək. Hətta günün ortasında yaranan xırda çətinliklər də qanınızı qaraltmayacaq.
Oxatan - adi, maraqsız gündür. Vacib heç nə baş vermir, elə siz də işlərdən, macəralardan çəkinirsiniz, daha çox tənbəlliyə meyllisiniz. Bu, özlüyündə pis deyil, amma nəzərə alın ki, rəqibləriniz bu vəziyyətdən öz xeyirlərinə istifadə edə bilərlər.
Yaxınlarınızla ümumi dil tapmaq həmişə asan olmur. Ancaq mübahisə etməyə də ərinirsiniz, bu səbəbdən münasibətlərdə sülhü qoruyub saxlamaq olur. Bəzi ailəvi planları təxirə salmaq lazım gəlsə də, kimsə bundan şikayət etməyəcək.
Oğlaq - özləri üçün iş və əyləncə tapmaqda çətinlik çəkməyən Oğlaqlar üçün uğurlu gün olacaq. Digərləri isə uğursuz günlərin ardından, nəhayət ki, dincələ, qüvvələrini bərpa edə bilərlər. Amma ciddi nəticələr gözləməsinlər.
Həm irimiqyaslı planlar fikirləşmək, həm də onları həyata keçirmək olar. İdeyalarınız pis deyil, onlardan ən yaxşısını seçin. Çünki hamısına vaxtınız çatmayacaq. Enerjiniz çoxdur, gün ərzində bir dəqiqə də olsun boş vaxt tapmasanız da, yorğunluq hiss etməyəcəksiniz.
Dolça - bu günün problemləri ilə çarpışmaq sizə çətin olacaq. Birincisi, onlar çoxdur, ikincisi isə hər yerdədir. Amma Dolçaları belə çətinliklər qorxutmur. Günortaya yaxın nəyisə kökündən dəyişmək, qəti qərarlar vermək lazım olduğunu anlayacaqsınız, bundan sonra isə işləriniz düzələcək.
Yaxınlarınızla ünsiyyətdə çox diqqətli və ehtiyatlı olun. Ağzınızdan çıxan sözlərə nəzarət edin, sərt iradlardan çəkinin. Mübahisədən qaça bilərsiniz, amma çox zəhmət çəkməli olacaqsınız. Axşam güclü yorğunluq, boşluq hiss edə bilərsiniz. Yuxulamaqda da çətinliyiniz ola bilər.
Balıqlar - nəhayət ki, uzun müddət müxtəlif vacib səbəblərdən təxirə saldığınız işlərlə məşğul ola bilərsiniz. Özünüzü təsdiq etməyiniz üçün heç bir maneə yoxdur. Yaradıcı Balıqlar ilhamlarının azlığından şikayətlənməyəcəklər. Ən adi məsələləri elə orijinal üsullarla həll edirsiniz ki, ətrafınızdakıların ağzı açıq qalır.
Yeni tanışlıqlar üçün gün münasib deyil. Ünsiyyət dairənizi çoxdan tanıdığınız və sevdiyiniz insanlarla məhdudlaşdırın. Bundan başqa, uzunmüddətli səfərlər və səyahətlər də məsləhət deyil: bunlar sizə sevinc bəxş etməyəcək, yoracaq.
milli.az
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini pisləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?