26-10-2017 [09:25]
Qoç - Sizin ləyaqətli hərəkətləriniz diqqətdən kənarda qalmayacaq. Həmkarlarınızın, rəhbərliyin hörmətini qazanacaq, nüfuzunuzu möhkəmlədəcəksiniz. Peşəkarlığınıza kimsənin şübhəsi yoxdur. Nüfuzlu və təcrübəli adamlar sizə məsləhət üçün müraciət edəcəklər. Sizi xoş sürprizlər gözləyir. Aşiq Qoçlar, xüsusilə ilk dəfə görüşə gedənlər xeyli sevinəcəklər.
Buğa - İşgüzar ünsiyyətdə problemlər mümkündür. Sizin hətta ən uğurlu ideyalarınız da qeyri-adilikləri üzündən soyuq qarşılana bilər. Lakin bir qədər sonra hamı başa düşəcək ki, sizin fikrinizə qulaq asmağa dəyərmiş. Bilmədən xətrinə dəydiyiniz adam sizə uğur əldə etməkdə mane olmağa çalışacaq.
Bədxahınızın fitnələrinin üstünün açılması vaxt alacaq. Halbuki, siz həmin vaxtdan daha səmərəli istifadə edə bilərdiniz. Qohumlarla yola getmək asan deyil. Onlar çox böyük həvəslə çatışmazlıqlarınızı üzünüzə vurur, tərif və təqdir ifadələrində isə xəsislik edirlər.
Əkizlər - Ən yaxşısı, hadisələri öz axarında buraxmaq, heç nəyi tələsdirməməkdir. İşin gedişində sizin iradənizdən kənar şəraitdən öz xeyrinizə istifadə etməyin yolları barədə qərar verin. Əsas diqqəti praktiki məsələlərə yönəldin. Yeni ideyalarınızı diqqətlə düşünün. Bəlkə, nədəsə yanılırsınız və ya lazımsız işlə məşğul ola bilərsiniz. Ünsiyyətdə ikili standart siyasətini və ya partnyorunuz tərəfindən açıq şəkildə aldadıldığınızı hiss edə bilərsiniz. Lakin nəticə çıxarmağa tələsməyin. Diqqətinizi ən vacib məsələlərə cəmləşdirin.
Xərçəng - Oyun qaydaları sizi qane etmirsə, onları dəyişdirin. Gəlir gətirməyən işlərdən imtina edin. Baş verənləri müşahidə edin, nəticə çıxarmağa tələsməyin. Öz planlarınızı irəli sürmək səyləri digər maraqlı şəxslərin məhdudiyyətləri və müqaviməti ilə qarşılaşa bilər. Sakit, zirək davranın və daha münasib vaxtı tapmağa çalışın. Axşam şəxsi görüşlər (sizin ciddi həvəsinizin olması şərtilə) üçün münasibdir.
Şir - Gün sizə xoş xəbərlər, eləcə də bir neçə vacib məsələnin həllinə imkan verən informasiya gətirəcək. Unutmayın ki, vaxtınızı hədər yerə itirmək olmaz: nə qədər zirək tərpənsəniz, nəticə o qədər yaxşı olacaq. Siz başqalarının əvəzinə məsuliyyəti üzərinizə götürməli olacaqsınız. Bu, asan deyil. Çoxlu narahatlıq və həyəcan gözlənilir. Düzdür, onların əksəriyyəti yersiz olacaq.
Yeni şeylər almaq olar. Zövqünüz sizi kosmetika, parfümeriya və interyer əşyaları seçimində yanıltmayacaq.
Qız - Cəsarətli işgüzar layihələr, peşəkar fəaliyyətdə dəyişiklik üçün münasib gün deyil. Çalışın, hərəkətlərinizə əlavə diqqət cəlb etməyəsiniz - layiq olsanız belə, təqdir edilməyəcəksiniz. Maddi çətinliklər mümkündür. Bəziləri xeyli maliyyə itirə bilərlər. Özü də şəxsi maraqları naminə yox.
Yaxınlarla münasibət daha gərgin və daha az etimadlı olacaq. Sevdiyiniz insan da istisna deyil - o, bu gün sizə anlayışla yanaşmaq əvəzinə, daha çox ittiham etməyə meylli olacaq. Axşam fəal istirahət üçün münasib deyil. Ən yaxşısı - axşamı evdə keçirmək və fiziki yükü minimuma endirməkdir.
Tərəzi - Sizi maraqlı gün gözləyir. İş adamları üçün gün kommersiya uğurları ilə əlamətdar olacaq. Duyma qabiliyyəti nəticəsində uğurlu sövdələşmələrə gedə, çoxlu gəlir əldə edə bilərsiniz. Çətin vəziyyətlərdə müttəfiqlərinizə izahat üçün vaxt itirməmək naminə müstəqil hərəkət edirsiniz.
Əqrəb - Pullarla ehtiyatlı olun. Yersiz xərclər və itki ehtimalı var. Qalan məsələlərdə gün babatdır. Müttəfiqlərlə dil tapa, yaxın keçmişdəki düşmənlərinizlə "atəşkəs" razılığı əldə edə biləcəksiniz. Partnyorlarınız sizin yeni başladığınız bütün işləri dəstəkləyirlər və bu, əl-qolunuzu açır. Yeni işlərə başlamaq olar və çətinliklər qarşısında təkbaşına qalacağınızdan qorxmağa dəyməz.
Oxatan - Sözünüzün üstündə durmağınız və qətiyyətiniz rəqibləriniz üzərində qələbəyə imkan verəcək, qarşınızda cəlbedici perspektivlər açılacaq. Daxil olan təklifləri dərindən öyrənin - onlardan biri tezliklə sizə karyera nərdivanında bir neçə qalxmaq imkanı verəcək.
Bürcün tənha nümayəndələri yeni romantik münasibətlərin başlanmasına ümid edə bilərlər. Bu münasibətlərin evliliklə nəticələnəcəyi də istisna deyil. Ailə münasibətləri harmonikdir. Sevgililər birlikdə istirahətdən zövq alacaqlar. Həyat potensialı yüksəkdir.
Oğlaq - Mürəkkəb məsələləri həll etməli, başqalarının işlərinə qarışmalı olacaqsınız. Şəraitin tələb etdiyi həvəs sizdə yoxdur. İstəyirsiniz ki, sizi sakit buraxsınlar, amma bu gün bu, mümkün deyil. Mütləq kimisə xilas etməli, yolunu azanları geriyə qaytarmalı, başqalarına faydalı olan işləri görməlisiniz. Xeyli xərcinizin çıxacağı gözlənilir. Bəzi Oğlaqlar iri məbləğdə borc verəsi, sonra isə uzun müddət onun qaytarılmasını gözləyəsi olacaqlar.
Dolça - Gününüzü pis adlandırmaq olmaz. Bütün planlarınızı həyata keçirə biləcəksiniz. Həvəsiniz aşıb-daşır, başqalarının öhdəsindən gələ bilmədikləri işləri çox çevikliklə görürsünüz. İşgüzar və şəxsi münasibətlər üçün, vacib məsələlərin müzakirə olunması üçün ideal gündür. Aktiv istirahət, idman, səfər və ekskursiyalar məsləhətdir. Fantaziyanıza da istirahət verin, dahi ideyalar bu gün qonşularınızın "qonağıdır".
Balıqlar - Özünüzün bütün yaxşı keyfiyyətlərinizi nümayiş etdirməyə imkanınız olacaq. Peşəkar mövqeyinizi möhkəmlədəcəksiniz. Təşəbbüskar olun. Cəsur planlar irəli sürün, amma onların yerinə yetirilməsinə tələsməyin, uyğun vaxtı gözləyin. Şəxsi həyatınızda dəyişiklik arzusundasınız, amma məsləhət deyil. Xüsusilə bu, evli Balıqlara aiddir. Subaylar üçünsə yol açıqdır.
milli.az
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır