Azərbaycanda idmançılar “razborka”lara gedir? - Federasiya rəhbəri danışdı

img

18-09-2017 [12:05]


Bəzi idmançıların "razborka”lara getdiyi, xüsusi məsələlərin həlli üçün yönləndirildikləri iddia edilir.

Sosial şəbəkədə yayılan məlumatlara görə, bu idmançılarına arasında Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının üzvləri də var.

Məsələ ilə bağlı adı çəkilən qurumun rəhbəri, keçmiş qaydasız döyüşçü Azad Əsgərovla əlaqə saxladıq. Unikal.org-a danışan federasiya rəhbəri belə halların ona aid olmadığını bildirib: "Belə şeylər səviyyəsiz, ağılsız və düşüncəsiz şeylərdir. O ki, qaldı dəlilik edən idmançıdan mənə nə? Onun mənim federasiyamda və idmanda nə işi var?”.

Keçmiş idmançı onun federasiyası haqqında belə söz-söhbətlərin yaranmasına da münasibət bildirib: "Olsun da... Dünya belə qurulub. Onlara fikir versəm gərək mən də elə adam olam”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA