"Çelsi" - "Qarabağ" oyununun biletləri SATIŞDA

img

02-09-2017 [22:17]


"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçirəcəyi matçın biletlərini satışa çıxarıb.

Mia.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, "zadəganlar", həmçinin biletlərin qiymətlərini də açıqlayıb.

18 aylıq fasilədən sonra avrokuboklara dönüşünü qeyd edəcək London təmsilçisi Azərbaycan çempionu ilə matçın biletlərini 35 funt-sterlinqdən, yəni 75 manatdan satışa çıxarıb.

Uşaqlar və yaşlılar üçün biletlərin qiymətində güzəşt nəzərdə tutulub. Belə ki, onlar qarşılaşmanı tribunadan izləmək üçün 17,5 funt-sterlinq (38,5 manat) xərcə düşməli olacaqlar.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" oyunu sentyabrın 12-də keçiriləcək.




Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA