Azərbaycan Norveçə belə uduzdu - VİDEO

img

02-09-2017 [11:09]


Rusiyada keçiriləcək 2018-ci il Dünya çempionatının təsnifat mərhələsinin oyunları davama edir.

Mia.az oxu.az-a istinadən xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi səfərdə Norveç yığmasının qonağı olub.

"Ullevaal" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesabı ilə başa çatıb.
32-ci dəqiqədə Bədavi Hüseynov cərimə meydançasında Coşua Kinqə qarşı kobud oynayıb. Sonuncu təyin olunmuş penaltini qola çevirib.

59-cu dəqiqədə isə kapitan Rəşad Sadıqov avtoqola imza ataraq hesab arasındakı fəri ikiyə çatdırıb.

Ardıcıl dördüncü məğlubiyyətdən sonra Azərbaycan millisi C qrupunda bir pillə geriləyərək beşinci yerdə qərarlaşıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA