Qurban Qurbanovdan püşkatmaya ilkin reaksiya: "Hər üç rəqibimiz..."

img

24-08-2017 [23:17]


"Hər üç rəqibimiz "TOP-5" ölkələrinin təmsilçisidir. Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq, hər üç komandayla bizi maraqlı qarşılaşmalar gözləyir".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında düşdükləri "C" qrupundakı rəqibləri dəyərləndirərkən deyib.

45 yaşlı mütəxəssis bildirib ki, rəqiblər ən güclü çempionatların təmsilçiləridir: "Bu turnirdə təcrübə qazanıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində İngiltərənin "Çelsi", İspaniyanın "Atletiko" və İtaliyanın "Roma" klublarına rəqib olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA