ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı təbrik etdi: “Bu, böyük nailiyyətdir!"

img

24-08-2017 [14:45]


ABŞ-ın Azərbaycandakı səfirliyi "Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olması münasibətilə təbrik edib.
 
Bu barədə səfirliyin "facebook” səhifəsində yer alan açıqlamada deyilir. 

"Bu, böyük nailiyyətdir! ABŞ səfirliyi "Qarabağ”a gələcək oyunlarda uğurlar arzulayır”, - deyə açıqlamada bildirilir.
 
Xatırladaq ki, "Qarabağ” ötən gün Danimarkanın "Kopenhagen” komandası ilə cavab qarşılaşmasında 2:1 uduzsa da, daha əvvəl Bakıdakı görüşdə 1:0 hesabı ilə qələbə qazandığı üçün Çempionlar Liqasının qrup mərhələsinə düşüb.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA