“Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı: "Əgər beə olarsa..."

img

20-08-2017 [15:26]


"Qarabağ”la qarşıdakı matçda "Senderyuske” ilə görüşdə sərgilədiyimiz oyun səviyyəsini 1-ci dəqiqədən düz 90-cı dəqiqəyədək saxlamalıyıq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri "Kopenhagen”in baş məşqçisi Stal Solbakken Danimarka superliqasında "Senderyuske”yə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra deyib.

"Əgər belə olarsa, növbəti mərhələyə adlaya bilərik” – deyə, o, vurğulayıb.

Xatırladaq ki, "Kopenhagen” – "Qarabağ” matçı avqustun 23-də keçiriləcək. Bu komandaların Bakıdakı ilk oyununda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA