“Qarabağ”ın İtaliya klubunun futbolçusu üçün təklif etdiyi məbləğ - Açıqlandı

img

16-08-2017 [11:51]


"Qarabağ" klubunun İtaliya "Palermo"sunun futbolçusu Karluş Apna Embalo üçün ödəmək istədiyi məbləğ müəyyənləşib. 

"Report"un "Il Giornale di Sicilia”ya istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisi 23 yaşlı oyunçunun 1 illik icarəsi üçün 200 min avro təklif edib.

Bu müddətdə Embalonun çıxışı qaneedici olsa, o, 2 milyon avro qarşılığında birdəfəlik alınacaq. Qvineya-Busau əsilli futbolçu ilə İtaliyanın "Peskara" və "Breşiya" klubları da maraqlanır. "Palermo" rəhbərliyi isə hələlik oyunçunu göndərməyə tələsmir.

Qeyd edək ki, Karlus Apna Embalonun keçidi baş tutsa, "Qarabağ" ondan yalnız avrokubokların qrup mərhələsində yararlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA