Çempionlar Liqası: “Kopenhagen” "Qarabağ"la oyuna bu oyunçuları gətirdi - SİYAHI

img

14-08-2017 [20:53]


UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ”ın rəqibi olan "Kopenhagen” bu gün Bakıya gəlib. 

Apasport.az klubun saytına istinadən xəbər verir ki, Danimarka çempionu ölkəmizə 20 futbolçu ilə təşrif buyurub.
 
Bakı vaxtı ilə saat 10:30-da yola çıxan "Kopenhagen”in təyyarəsi 14:25-də paytaxtımıza çatıb. Otelə yerləşən danimarkalılar nahar etdikdən sonra bir qədər dincəlirlər. Axşam saatlarında isə komandanın oyunöncəsi son məşqi olacaq.
 
Baş məşqçi Stole Solbakken zədəlilər – Tom Hoqli və Erik Yohanssenin adını heyətə daxil etməyib. 
 
Qapıçı: 1. Stefan Andersen, 25. Robin Olsen, 41. Kim Kristensen

Müdafiəçilər: 3. Pyerr Benqtsson, 15. Mikael Antonsson, 18. Mads Roerslev, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner

Yarımmüdafiəçilər: 6. Vilyam Kvist, 7. Benjamin Verbiç, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 17. Kasper Kusk, 24. Yussef Tutu, 32. Danni Amankva

Hücumçular: 9. Federiko Santander, 11. Andriya Pavloviç, 28. Pieros Sotiriu, 40. Karlo Holse

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA