“Qarabağ”-“Kopenhagen” oyununa biletlərin qiyməti açıqlandı - 1 manatdan 50 manatadək

img

09-08-2017 [22:00]


Futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ” – "Kopenhagen” (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, azarkeşlər avqustun 12-də saat 12:00-dan etibarən biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilər.

Biletlərin qiyməti nömrəli sektorlara 1-10 manat, VİP sektoruna isə 50 manatdır.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək "Qarabağ” – "Kopenhagen” görüşü saat 21:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA