“Qarabağ”ın oyununda yeni sistem tətbiq olunacaq – UEFA-nın tələbi ilə

img

08-08-2017 [14:33]


UEFA-nın tələbinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnoloji sistem quraşdırılır.

Bu haqda Qol.az-a "Qarabağ” klubunun baş meneceri Asif Əsgərov məlumat verib.

"Goal line” adlanan bu sistem Azərbaycan futbol tarixində ilk dəfə olaraq "Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen”lə keçirəcəyi oyunda tətbiq olunacaq.

A.Əsgərov bildirib ki, İngiltərə şirkətlərindən birinin apardığı bu iş yaxın günlərdə yekunlaşacaq.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ” – "Kopenhagen” matçı avqustun 15-də, cavab görüşü həmin ayın 23-də Danimarkada olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA